Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-ın Türkiyəyə qarşı qorxunc planı

 

Ağ Ev Türkiyəni Kiprdən mühasirəyə alaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrinə nəzarəti əlinə keçirməlidir


Yenixeber.org:  Bu barədə ABŞ-ın CSİS analitik mərkəzinin hazırladığı "ABŞ-ın Şərqi Aralıqdakı strateji lövbərsalmasını yenidən qurmaq" adlı hesabatında deyilib.
Hesabatda Tramp administrasiyasından enerji hövzəsinə nəzarət üçün əngəl olaraq qiymətləndirilən Türkiyənin qarşısının alınması istənilib. Vaşinqtona Kiprdən Türkiyəni mühasirəyə almaq vəzifəsi verilən hesabatda "Kiprə ordu yerləşdirmək", "Pentaqonun Yaxın Şərqdəki əməliyyatlarında adadakı ingilis bazasının istifadəsi" və "Türkiyəyə qarşı Şərqi Aralıq dənizində İsrail-Yunanıstan-Kipr-Misir paktının qurulması" təklifləri irəli sürülüb.
Hesabatda Türkiyənin artıq nəzarətdən çıxdığı və bunun qarşısının alınması üçün hərbi alternativlərin çoxaldılmasına zərurət yarandığı qeyd olunub.
İncirlik əvəzinə Akrotiri
Tramp administrasiyasına Yunan-Amerika münasibətlərini inkişaf etdirməyin tövsiyə olunduğu hesabatda Pentaqonun İncirlik hərbi bazası əvəzinə Kiprdə yerləşən ingilis hərbi bazası Akrotiridən istifadə edə biləcəyinə işarə vurulub. Kiprdəki bazanın Bağdaddan cəmi 650, Rakkadan isə 350 mil uzaqlıqda olduğu vurğulanıb. 

"Kiprdə Avroatlantik İttifaqın mənafeyini əngəlləyən bölünmüş status və adadakı türk əsgərinin varlığıdır", - hesabatda deyilib. Ankaraya qarşı enerji paktı CSİS həm Rusiyanı, həm də Türkiyəni zəiflədəcək Şərqi Aralıq dənizi qazının Avropaya transferini nəzərdə tutan İsrail layihəsinin təhlükəsizliyinin ABŞ üçün önəminə diqqət çəkib:

"Bölgənin jandarm fəaliyyətinə İsrail nəzarət etməlidir. Misir və İsrailin enerji sahəsində əməkdaşlığı genişlənməlidir. Aralıq dənizinin şərqində Türkiyəyə qarşı bir pakt qurulmalıdır. İttifaqın tərəfləri Kipr, Yunanıstan, İsrail və Misir olmalıdır".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam