Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Petrosyan Paşinyanın çöküşünə hazırlaşır -Açıqlama

 

Son zamanlar Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi Erməni Milli Konqresinin fəallıq nümayiş etdirmələrinin əsas səbəbi Paşinyanla respublikaçılar arasında yaranmış gərginlikdən revanş üçün faydalanmaq niyyəti ola bilər

Yenixeber.org: Bu sözləri açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, hazırda Ermənistanda əsasən iki qütbün qarşıdurması nəzərə çarpır:
"Paşinyanın kütləvi aksiyalar yolu ilə təzyiqi nəticəsində parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası və Respublikaçılar Partiyası ilə eyni koalisiyada təmsil olunan Daşnaksütun Partiyası indiki baş nazirin cinahına keçdilər. “Qarabağ klanı” adlandırdığımız Respublikaçılar Partiyası isə artıq müxalifətdədir. Növbəti seçkilərdə Paşinyan qrupu ilə respublikaçıların bir araya gəlməsi inandırıcı görünmür. Çiçəklənən Ermənistan və Daşnaksütun isə yenidən cinah dəyişdirə bilərlər".
Analitikin sözlərinə görə, indiki şəraitdə ən əlverişli Levon Ter Petrosyan mövqeyidir:
"O, vaxtilə onu hakimiyyətdən qovan Qarabağ klanı ilə münasibətlərini müəyyən qədər normallaşdırıb. 2016-cı ilin aprelində Petrosyanla Serj Sərkisyan arasında keçirilən görüş məhz birincinin təşəbbüsü ilə baş tutmuşdu. Bu hadisədən sonra isə Erməni Milli Konqresi tərəfindən Serj Sərkisyanın və partiyasının ünvanına hər hansı bir ciddi ittiham səsləndirilməyib. Paşinyan baş nazir seçildikdən sonra isə Ermənistanın sabiq prezidenti ölkədə baş verən hadisələrin təhlükəli məcrada inkişaf etdiyini və buna görə Paşinyanın məsuliyyət daşıdığını bildirib. Ter-Petrosyan deyib ki, hətta diktatura da özbaşınalıqdan və xaosdan yaxşıdır.
Ter-Petrosyanın son çıxışlarından və məqaləsindən də görünür ki, o, Paşinyana ciddi siyasi lider və dövlət adamı kimi yanaşmır. Bütün bunlar isə Petrosyanın postxaos, postinqilab dövrünə hazırlaşdığı ehtimalını yaradır. Petrosyan Paşinyanı yaxşı tanıyır, xarakterinə bələddir və əmindir ki, bu çılğın etirazçı siyasətçi prototipindən dövlət xadimi alınmayacaq".
Analitik vurğulayıb ki, hər şey proseslərin bundan sonrakı inkişafından asılı olacaq:
"Əgər respublikaçılar Paşinyana qarşı pressinqlərini artırarlarsa, sabotaj xarakterli addımların əhatə dairəsi genişlənərsə, dövlət idarəçiliyində xaos daha ciddi şəkil alarsa, o zaman Ter-Petrosyanın mövqeyi güclənə bilər. Onun nəinki parlamentə düşmək, hətta parlamentdəki yerlərin təxminən 1/3-nə yiyələnmək şansı da var. Şübhəsiz ki, bu, sadəcə ehtimaldır. Və hər şey təkcə Ermənistanda baş verən proseslərdən asılı deyil. Növbəti seçkilərdə Rusiyanın yarana biləcək vəziyyətə yanaşması da mühüm əhəmiyyət kəsb edəcək. Bu yanaşmanın kütlənin yanında olmayacağı isə şübhəsizdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam