Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Keçmiş baş nazirə siyasətlə məşğul olmaq ömürlük qadağan edilib

 

 

Pakistanın Ali Məhkəməsi keçmi baş nazir Nəvaz Şərifə ömürünün sonunadək siyasətlə məşğul olmağı qadağan edib

 

Yenixeber.org: Məhkəmə qərarını aprelin 13-də açıqlayıb.

N.Şərifin cinayət işinə 5 hakimdən ibarət hakimlər kollegiyası baxıb. Onlar yekdilliklə sabiq baş nazirin siyasətdən uzaqlaşdırılmasına qərar verib. 

Bir müddət əvvəl Pakistanın Ali məhkəməsi N.Şərifin Pakistan Müsəlman Liqası Partiyasının liderliyindən uzaqlaşdırılmasına dair hökm çıxarmışdı.

Qeyd edək ki, 2017-ci oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü. 

Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam