Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Tehranla Vaşinqton arasında bazarlıq

 

    BMT-nin 69-cu sessiyasında çıxışn edən İran prezidenti Həsən Ruhani ölkələrin birlik göstərəcəyi halda İŞİD-ə qarşı daha effektli mübariz apara biləcəklərini bildirib. 

"Xeberinfo.com": Məlumata görə, Ruhani ABŞ-la birgə İŞİD-ə qarşı mübarizə apara biləcəkləri mesajı da verib.

 “Demokratiya ölkələrin daxilində təbliğ olunmalıdır, xaricdən ixrac olunan demokratiya ölkələrə ancaq fəlakət gətirib. Bizə qarşı atılan bu addımlar konstruktiv bir xalqa qarşı olan haqsızlıqdır.

Ümid edirəm bizlə bağlı aparılan nüvə müzakirələrdə ortaq məxrəc əldə olunacaq. Biz nüvə proqramını sülhməramlı məqsədlərlə inkişaf etdiririk. Nüvə müzakirələrində tərəflər anlaşa bilsə, İŞİD-ə qarşı daha effektli mübarizə aparmaq mümkün olacaq. Hələlik tərəflər arasında anlaşma mümükün olmayıb, İran xalqı onlara qarşı tətbiq olunan sanksiyalardan əziyyət çəkməkdədir. İran öz qonşuları ilə normal münasibətlər qurmaq istəyir, kimlərsə İranı avtoritar ölkə adlandırır, bu bizə atılan böhtandır, biz iranfobiyanı bitirmək istəyirik”

“Reuters”-ə açıqlama verən iranlı yetkilinin sözlərinə görə, İran ABŞ-ın İŞİD-ə qarşı qurduğu kolisiyada iştirak etməyə hazır olduğunu bildirib. İranlılar bunun əvəzində ABŞ və Qərbin İranın nüvə proqramına müsbət yanaşmasını istəyib.

Ağ Ev sözcüsü Jos Earanest dünya güclərinin İranın nüvə proqramından imtina etməsini istəməsini İŞİD-ə qarşı qurulan koalisiyaya heç bir aidiyyatının olmadığını deyib.

Earnest ABŞ-ın İŞİD-ə qarşı mübarizədə güvənliyini təmin etmək üçün İranla nüvə məsələləri ilə bağlı heç bir bazarlığa getməyəcəyini bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam