Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

İŞİD-lə bağlı Türkiyənin qərarı dəyişdi

 

       Ərdoğan Çankaya köşkündə İŞİD-ə görə təcili müşavirə keçirib

   "Xeberinfo.com": Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İraq və Suriyadakı vətəndaş müharibəsi, İŞİD terror təşkilatının regiona təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı mübarizə ilə bağlı qərarlar verilməsi üçün təhlükəsizlik müşavirəsi keçirilib.

ANS-in məlumatına görə, Çankaya köşkündə baş tutan 3 saatlıq müşavirədə əsas məsələ İŞİD-in müzakirəsi olub.

Toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala, milli müdafiə naziri İsmət Yılmaz, MİT (Milli Kəşfiyyat idarəsi) müşaviri Hakan Fidan, qərargah rəisinin ikinci rəhbəri general Yaşar Gülər, qərargahın əməliyyatlar idarəsi rəhbəri, komandirlər və bir sıra hökumət nümayəndələri iştirak ediblər.

Başlıca müzakirə mövzusu olan İŞİD-lə bağlı qərar verilərkən bildirilirb ki, Türkiyə bölgədəki bütün terror qruplaşmalarına qarşı mübarizədə müttəfiqlərinin yürütdüyü siyasəti dəstəkləyəcək. Beləliklə ABŞ başda olmaqla, koalisiya qüvvələri və İŞİD-ə qarşı mübarizə aparan hər ölkənin yanında olmağa qərar verilib.

Qeyd edək ki, Türkiyə bundan əvvəl koalisyaya qoşulmaqdan imtina etmiş, ABŞ tərəfi isə bunun hər ölkənin öz seçimi olduğunu bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam