Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünyanın Kommunist partiyaları - Hansı ölkədə daha güclüdür?- SİYAHI


XXI əsrdə sosializm quruculuğunu davam etdirən Kommunist Partiyasının iqtidarda olduğu 5 ölkə - Laos, Vyetnam, Kuba, Çin və Şimali Koreya mövcud rejimi saxlayır.

Yenixeber.org: Ötən əsrin 80-90-cı illərində kommunizm sisteminin keçirdiyi dərin böhran, xüsusilə tarixin ilk və ən güclü sosialist ölkəsi olan Sovet İttifaqının süqutu bu proseslərə həlledici təsir göstərmişdi.

 

Bütün bunlara baxmayaraq, bəzi ölkələrdə Kommunist partiyaları hələ də öz mövcudluğunu  saxlayıb və iqtidara gəlmək üçün mübarizə aparır. 


Dünyadakı ən nüfuzlu Kommunist partiyalarını təqdim edirik.

Çin Kommunist Partiyası – dünyanın ən çox üzvü olan siyasi partiyasıdır. 1921-ci ildə əsası qoyulan partiya 1949-cu ildən Çində hakimiyyətdədir. Partiyanın 90 milyona yaxın üzvü var. Hazırda Çin kommunistlərinin lideri Si Tzinpindir.

 

Rusiya Kommunist Partiyası – Rusiyada hakim “Vahid Rusiya” partiyasının əsas opponenti hesab olunur. 1993-cü il fevralın 14-də yaradılan partiya özünü Sovet İttifaqı Kommunist Partiyasının varisi elan edib. Partiya Rusiya parlamentində 42 mandata malik olmaqla yanaşı, yerli idarəetmə orqanlarında da təmsil olunur. Rusiya kommunistlərinin partiyasında 175 min üzv var.

Partiyanın əvəzsiz birinci katibi Gennadi Züqanovdur.

 

Fransa Kommunist Partiyası – Avropada ən güclü solçu qüvvələrdən biri olub. 1920-ci ildə yaradılan partiya hazırda Fransada 3-cü ən böyük siyasi qüvvədir. Zəngin tarixi ənənənələri olan Fransa kommunistləri bu gün 138 min üzə malikdir. Partiyanın parlamentdə 10, Senatda 18 və Avropa parlamentində 3 kürsüsü var. Partiyanın hazırkı baş katibi Pyer Lorandır.

 

İtaliya Kommunist Partiyası – Avropada və kapitalist sistemində ən uğurlu Kommunist Partiyası olub. 1921-ci il yanvarın 21-də yaradılan partiya hazırda 83 mindən çox üzə malikdir. 1940-50-ci illərdə partiya üzvlərinin sayı 2 milyona çatmış, 1976-cı il parlament seçkilərində isə 34,6% səs toplamışdı. 1991-ci ildə Sovet İttifaqı süqut edəndən sonra italiyalı kommunistlər bir neçə qola parçalanıb. Onlar arasında daha çox Demokratik Sol Güclər Partiyası seçilir.

 

ABŞ Kommunist Partiyası – 1919-cu il avqustun 31-də Nyu-Yorkda yaradılan siyasi təşkilatdır. Con Batçel tərəfindən əsası qoyulan bu partiya daim çoxsaylı təzyiqlərə və hücumlara məruz qalıb. 1930-cui ildə üzvlərinin sayı 30 min nəfər çatan Amerika kommunistlərinin partiyasında hazırda 2-2,5 min arasında üzv var. Partiya heç zaman amerikalılar arasında populyar olmayıb və siyasi səhnədə ciddi uğur qazana bilməyib.

Türkiyə Kommunist Partiyası – 1920-ci il sentyabrın 10-da Bakıda yaradılan sol yönümlü siyasi təşkilatdır. Partiyasının ilk sədri Mustafa Sübhi 1921-ci ilin yanvarında tərəfdarları ilə Trabzon yaxınlığında gəmidə öldürülüb. 1988-ci ildə Türkiyə Fəhlə Partiyası ilə birləşən kommunistlər 1990-cı illərin əvvəllərində SSRİ-nin süqutu ilə birlikdə fəaliyyətini könüllü dayandırıb.

1993-cü ildə partiyanın keçmiş üzvləri yenidən partiyanı yeni formatda bərpa edib, lakin 2014-cü ildə yenidən 2 yerə parçalanıblar. Partiyanın sonuncu baş katibi Erkan Başdır.

 

Digər kommunist partiyalarından danışarkən Kuba, Laos, Vyetnam və Şimali Koreya Kommunist Partiyalarının adını çəkmək olar. Öz ölkələrində iqtidarda olan bu partiyalardan Kuba Kommunist Partiyasının 800 min, Vyetnam Kommunist Partiyasının 3,6 milyon, Laos Kommunist Partiyasının 268 min və Şimali Koreya Əmək Partiyasının 4 milyona yaxın üzvü var.

Qeyd olunmalıdır ki, keçmiş MDB məkanında Sovet İttifaqının süqutundan sonra hakimiyyətə yeganə olaraq Moldova kommunistləri müvəffəq olublar. 2001-ci ildə hakim partiya seçilən Kommunist Partiyası 2009-cu ilə qədər iqtidarda olub. Hazırda partiya 101 deputat kürsüsündən 34-nə sahib olmaqla müxalifətdədir. Partiyanın əvəzsiz lideri Vladimir Voronin sayılır.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam