Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SERBLƏRİN LİDERİNİ KİM ARADAN GÖTÜRDÜ?-İvanoviçin qətlinin mümkün sifarişçiləri arasında böyük güclərin adı hallanır

Üç gün əvvəl Kosovoda serblərin lideri Oliver İvanoviç qətlə yetirildi. "Vətəndaş təşəbbüsləri: azadlıq, demokratiya, ədalət" partiyasının sədri olan İvanoviç elə ofisinin önündə güllələnib. 

Yenixeber.org: Qətlin baş verdiyi əraziyə – Kosovka-Mitrovitsa şəhərinin şimal hissəsinə serblər nəzarət edir. Hadisədən təxminən bir saat sonra şəhər küçələrindən birində yanmış avtomobil tapıldı. Polisin versiyasına görə, cinayətdə bu avtomobildən istifadə olunub. 

Kriminalistlərin fikrincə, qatillər peşəkar olublar. Bunu, qatilin avtomobil hərəkətdəykən İvanoviçə sərrast atəş açması göstərir. Cinayətdə Yuqoslaviya istehsalı olan "Zastava M70" tapançasından istifadə olunub.

 

 

Vəkili Neboys Vladciç İvanoviçin 5 güllə yarası aldığını, darhal  xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmadığını deyib.

Xəstəxananın baş həkimi Milan İvanoviç bildirib ki, atılan güllələrdən ikisi mərhumun bədənində qalıb: "Güllələr İvanoviçin həyati əhəmiyyətli orqanlarını sıradan çıxarıb. Bu da ciddi qanaxmaya səbəb olub".    

Diqqətçəkəndir ki, partiya liderinin qətli Kosovo ilə Serbiya arasında Brüsseldə başlayan danışıqlar zamanı törədilib. İvanoviçin öldürüldüyü xəbəri yayılan kimi Serbiya nümayəndə heyəti danışıqlar masasını tərk edib. 

Serbiya prezidenti Aleksandr Vuçiç hadisəni terakt adlandıraraq dərhal Təhlükəsizlik Şurasının iclasını çağırıb. Hadisəni Albaniya baş naziri Edi Rama da qınayıb.  

Serbiya Radikal Partiyasının sədri Voislav Şeşel İvanoviçin qətlində Qərb xüsusi xidmət orqanlarının əli olduğunu deyir. Şeşelin fikrincə, İvanoviçin ABŞ-ın Balkanlarla bağlı yeni təşəbbüsünün qurbanı olması istisna deyil.

Radikal Partiyasından olan Miodraq Milikiç qətlin arxasında Priştinanın(Kosovonun paytaxtı) durduğuna əmin olduğunu deyib. 

Serbiyalı siyasətçi Militsa Dcurdceviç də İvanoviçin qətlinin arxasında Priştina və Vaşinqtonun dayandığını iddia edir. Onun sözlərinə görə, bu ikili "beşinci kolon"un köməyi ilə qətllə bağlı Serb tərəfini ittiham etmək istəyir. Kosovo və Metoxiya tərəfini isə çəkişmə meydançası kimi təqdim edir ki, onu daha rahat ələ ala bilsin.  

 

 

Oliver İvanoviç Kosovo serblərinin liderlərindən idi. Vaxtilə Serbiya hökumətində də nazir müavinini baş katibi (Kosovo və Metoxiya üzrə Nazirlikdə) təmsil olunmuşdu. 

2014-cü ilin yanvarından daha dörd serbli ilə birgə həbsə atılmışdı. O, 1999-2000-ci illərdə Kosovo və Metoxiyanın alban əhalisinə qarşı hərbi cinayətlər törətməkdə təqsirli bilinmişdi.  

2015-ci ilin avqustunda səhhətinin ağırlaşması ilə əlaqədar türmədə aclığa başlamış və xəstəxanaya köçürülmüşdü. 

2016-cı ilin yanvarında Oliver İvanoviç barəsində hökm çıxarılmış və o, Kosovo albanlarına qarşı 99-cu ildə törədilən cinayətlərlə bağlı təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

2017-ci ilin fevralında ilkin instansiyanın hökmü ləğv edilmiş və yeni məhkəmə təhqiqatı başladılmışdı. Bir müddət ev dustaqlığınd saxlanılan partiya sədrinə ötən ilin aprelindən məhkəmə müddətini azadlıqda keçirmək haqqı tanınmışdı. 

Xatırladaq ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Lakin Belqrad Priştinanın müstəqilliyini tanımaqdan imtina edib. Tərəflər arasında danışıqlar ötən ilin martında dayanmışdı. Danışıqların bərpa olunduğu gün – yanvarın 16-sı da İvanoviç qətlə yetirildi. 

 

 

Balkanlardakı böhran üzrə ekspert Yelena Quskova deyir ki, mərhum İvanoviçin güclü siyasətçi olub: "O, Kosovoda anadan olub və yaşayıb. Serblərlə bağlı hər şeyi çox yaxşı bilirdi. Onun həyatdakı ən böyük məqsədi serblərin Kosovodakı həyatının təhlükəsiz olmasını təmin etmək, Kosovonun müstəqilliyinə imkan verməmək idi. İvanoviç bütün şüurlu həyatını məhz buna həsr etmişdi. O, təkcə danışmırdı, həm də konkret iş görürdü. 

İvanoviçi bir neçə dəfə öldürmək istəmişdilər. 2014-cü ildə absurd ittihamla 3 il həbsdə qalmalı olmuşdu. Məhkəmə prosesi davam etsə də, ötən ili onu azad etdilər. Siyasi fəaliyyətini davam etdirdi. Onun mövqeyi Belqradın mövqeyi ilə də tutuşmurdu. Belqrad Brüssel sazişini imzalamaqla Kosovonu faktiki olaraq müstəqil etmişdi. Bircə "müstəqillik" sözünü dilə gətirmək qalmışdı. Kosovoya xeyli sayda maliyyə, iqtisadi və digər funksiyalar verilib. Oliver də bütün bunlara qarşı çıxırdı və serblərin böyük dəstəyini qazanmışdı. İvanoviçi siyasi səhnədən götürmək istəyi göstərir ki, o çoxlarına mane olurdu. Həm alban hökumətinə, həm Belqrada. O, beynəlxalq qurumlara da mane olurdu. Çünki mütəmadi olaraq serblərin hüquqlarının pozulmasını gündəmə gətirirdi". 

İvanoviçin ölümündən sonra nə baş verəcək? Ekspertlər hesab edir ki, ciddi qarşıdurma olmayacaq. Amma o da faktdır ki, bu hadisədən sonra ciddi dəstəkdən məhrum olan və lidersiz qalan serblər hiddətləniblər. Və Kosovoda, Belqradda etiraz aksiyaları keçirirlər. Bu da istər-istəməz Belqradı Kosovo və Metoxiya məsələsi ilə bağlı bundan sonra necə addım atmalı olduğunu düşünməyə vadar edəcək…(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam