Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İranın batan tankeri təbiətə nə qədər zərər verib?

 

 

Şərqi Çin dənizində batan İrana məxsus tankerdən dənizə sızan yanacaq 4 istiqamətə yayılıb

 

Yenixeber.org: Bu barədə Çin rəsmiləri məlumat veriblər.

Bildirilir ki, İran tankerindən sızan yanacaq 4 istiqamət üzrə təqribən 100 kvadratkilometr əraziyə yayılıb. Ətraf mühitə dəyən ziyanın ölçülməsi məqsədilə tankerin qalıqlarını aşkar etmək üçün sualtı robotların göndərilməsi planlaşdırılır. Batan “The Sanchi” adlı tankerdəki təxminən 136 min ton kondensat rəngsiz olduğundan onun aşkarlanması çətin olur.

Xatırladaq ki, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri yanvarın 6-da gecə Şanxaydan 160 mil uzaqlıqda “CF Crystal” adlı gəmi ilə toqquşub. Tanker İrandan Koreya Respublikasına son dərəcə yüngül və uçucu neft növü olan 136 min ton kondensat daşıyırdı. Təxminən 1 milyon barrelə bərabər olan bu kondensat yükünün bazar dəyəri 60 milyon dollar təşkil edirdi. Toqquşma nəticəsində ABŞ taxılını daşıyan yük gəmisinə isə az ziyan dəymiş və hamısı Çin vətəndaşı olan 21 ekipaj qurtarılmışdı. Lakin yanvarın 14-də “The Sanchi” adlı neft tankeri batmış və 32 ekipaj üzvünün hamısı həlak olmuşdu. İran hökuməti yanvarın 15-ni ölkədə ümummilli matəm elan etmişdi. Qəzanın başvermə səbəbi hələ də bilinmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam