Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Rusiya əlindən gələni edəcək"

 

       Minskdə Rusiya ilə Ukrayna arasında danışıqlar zamanı iki ölkə lideri Moskva ilə Kiyev arasında energetiya məsələsi ilə bağlı dialoqun bərpasına dair razılaşma əldə edib. 

    "Xeberinfo.com": Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşünə dair jurnalistlərə açıqlama verərkən deyib. Putin həmçinin bildirib ki, Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsinə dair şərt irəli sürməyib və sürə də bilməz. Onun sözlərinə görə, Minskdə Ukraynada atəşkəs elan olunmasının şərtləri müzakirə edilməyib.

"Biz Rusiyada oturub, atəşkəs üçün şərtlər barədə, Kiyev, Donetsk, Luqansk arasında hər hansı razılaşma barədə danışa bilmərik - bu, bizim işimiz deyil, bu, Ukraynanın işidir. Biz yalnız bu mühüm və vacib proses üçün etibar mühiti yarada bilərik. Bu haqda danışdıq. Tezliklə atəşkəsin elan olunması, qan axıdılmasının dayandırılması və siyasi həll yoluna keçid barədə, Ukraynanın ölkənin cənub-şərqində üzləşdiyi bütün problemlər baədə danışdıq. Bu sülh prosesi başlayarsa, Rusiya əlindən gələni edəcək. Düşünürük ki, bu prosesə mümkün qədər tez başlamaq lazımdır", - Putin belə deyib.

Dünən Minskdə Rusiya-Ukrayna prezidentləri arasında 2 saat davam edən görüşlə yanaşı, Rusiya, Belarus, Ukrayna və Qazaxıstan liderlərinin, eləcə də Avropa Birliyi nümayəndələrinin iştirakı ilə də danışıqlar baş tutub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam