Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Messidən suriyalı qaçqına sürpriz– VİDEO

Messidən suriyalı qaçqına sürpriz

 

 

On səkkiz yaşlı suriyalı qaçqın Nujin Mustafanın xəyallarını heyranı olduğu “Barselona” klubunun hücumçusu Lionel Messi gerçəkləşdirib

 

Yenixeber.org:  “Barselona” klubunun “Twitter” hesabında yayılan videoda suriyalı Nujin Mustafanın məskunlaşdığı şəhərdən komandanın oyununa aparıldığı əks olunub.

Suriyanın Hələb şəhərində doğulan və beyin iflici səbəbindən əlil arabasında gəzən Nujin ölkəsində baş verən hadisələrə görə 2015-ci ildə bir çox ölkədən keçərək Almaniyanın Köln şəhərində məskunlaşıb.

Təxminən beş min kilometr sürən yol hekayəsi və yaşadıqları ingiltərəli jurnalist Kristina Lamb tərəfindən qələmə alınaraq, kitab şəklində nəşr olunduqdan sonra dünyada tanınmağa başlayan suriyalı gənc qızının xəyallarını tərəfdarı olduğu “Barselona” gerçəkləşdirib.

“Bareselona” oyunçularını daşıyan avtobus suriyalı qaçqın qızın Kölndəki yaşadığı evin önünə qədər gələrək onu İspaniyaya aparıb. Burada “Baselona”nın oyununu izləyən gənc qıza kürəyində “Nujin” yazılan forma hədiyyə edilib.

Yaşadığı çətinliklərə görə məktəb həyatına 17 yaşında başlayan Nujini aralarında Lionel Messi, Andres İniyesta, Luis Suarez və Jerard Pikenin olduğu “Barselona”lı futbolçular qarşılayıblar.

Pərəstişkarı olduğu Messidən xüsusi diqqət görən suriyalı gənc onunla şəkil çəkdirərək, ondan imzalı formasını hədiyyə alıb. Futbolçulara imzalı kitabını verən Nujin, “Həyatımın ən gözəl gününü keçirirəm. Bu böyük sürprizə görə “Barselona” və Messiyə çox təşəkkür edirəm”, deyə bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam