Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Puçdemon seçkilərdən öncə Kataloniyaya qayıtmayacaq

Puçdemon seçkilərdən öncə Kataloniyaya qayıtmayacaq

 

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Kataloniyada dekabrın 21-də keçiriləcək parlament seçkilərinə qədər Belçikada qalacaq

 

Yenixeber.org: Bu barədə Kataloniyanın "Rac1" radiosu məlumat yayıb.

İspaniyaya ekstradisiya edilməməsinə çalışan K. Puçdemon parlament seçkilərində "Kataloniya hamı üçün" platformasına rəhbərlik edir. Platformaya konservativ, separatçı baxışları ilə seçilən PDeCAT Partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam