Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

Səudiyyə Ərəbistanının həbsdə olan şahzadəsi ittihamları rədd etdi

Səudiyyə Ərəbistanının həbsdə olan şahzadəsi ittihamları rədd etdi

 

Səudiyyə Ərəbistanının korrupsiyada ittiham olunaraq həbs edilən milyarder şahzadəsi Valid bin Talal bin Əbdüləziz əl-Saud ona qarşı irəli sürülən ittihamları rədd edib

 

Yenixeber.org:  Şahzadə qanunları pozmadığını və ittihamların əsassız olduğunu söyləyib.  

Qeyd edək ki, şahzadə Valid bin Talal 1955-ci ildə anadan olub. “Forbes” jurnalının 2007-ci ildəki hesablamasına əsasən, onun 21 milyard dollar var-dövləti var.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı taxt-tacına iddialı sayılan şahzadə Miteb bin Abdullah bir milyard dollar məbləğində maliyyə vəsait ödəməsi qarşılığında azadlığa buraxılıb.

Məlumata görə, ölkənin Antikorrupsiya Komitəsi tərəfindən həbs olunan daha üç nəfər pul ödəmək sövdələşməsi qarşılığında azadlığa çıxıblar.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud isə bəyan etmişdi ki, saxlanılan şahzadələrin çoxu öz vəsaitlərini azadlığa dəyişməyə hazırdırlar. Bu “razılaşma” nəticəsində dövlət xəzinəsinə 100 milyard dollar maliyyə vəsaiti toplanıb.

Qeyd edək ki, iki gün əvvəl ölkənin qurucu kralı Əbdüləziz bin Səudun dünyasını dəyişmiş oğlu Sultan bin Əbdüləzizin qızları da tutulub. Abdullah bin Əbdüləziz və Sultan bin Əbdüləzizin tutulan övladlarının vəliəhd şahzadə Məhəmməd bin Salmanın idarəçiliyinə qarşı olduqları bildirilib.

Noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də, şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Tutulan şahzadələr krallığın paytaxtı Ər-Riyaddakı “Ritz Carlton” mehmanxanasında saxlanılırlar. Saxlanıldıqları hoteldən kənara çıxmamaları üçün hotelin bir mərtəbəsi xəstəxanaya çevrilib. Orada müayinə və müalicə üçün bütün avadanlıq yerləşdirilib. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?