Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kürdüstandan rəsmi açıqlama:“Müstəqillik” dondurulur

Kürdüstandan rəsmi açıqlama:

 

 

 

 

İraq Kürd Muxtariyyəti rəsmi Bağdada müstəqilliklə bağlı keçirilən referendumun nəticələrinin dondurulmasını rəsmən təklif edib

 

Yenixeber.org: Bu barədə İraq Kürd Muxtariyyətindən yazılı bəyanat verilib.

Məlumata görə, Bərzani rejimi xalqların mənfəətni nəzərə alaraq mərkəzi hakimiyyətə və dünya ictimaiyyətinə atəşkəsin təmin olunması, muxtariyyət ərazisindəki bütün hərbi əməliyyatların dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulmasını təklif edib.

“İraq və Kürdüstan qüvvələrinin qarşı-qarşıya dayandığı təhlükəli vəziyyətdə qarşıdurma yaşanmaması üçün hər kəs tarixi məsuliyyət daşıyır. İraq ordusu və peşmərgə arasında yaşanan qarşıdurmalar hər iki tərəfdən də itkilərlə müşahidə olundu. Bu qanlı bir müharibəyə səbəb ola bilər”, - açıqlamada bildirilib.

Qeyd edək ki, rəsmi Bağdad İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumunun nəticələrinin qeyri-qanuni olduğunu açıqlamışdı. İraq Kürd Muxtariyyətinin öz ərazilərindən kənarda, xüsusilə Kərkükdə referendum keçirməsi isə daha böyük narazılıq yaratmışdı və İraq ordusu sözügedən ərazilərdə əməliyyat apararaq, muxtariyyətdən kənardakı ərazilərə nəzarəti tam bərpa etmişdi. İran və Türkiyə isə siyasi və iqtisadi təzyiqləri artırmışdı.

 

Bunun dərhal ardınca Bərzani müstəqilliklə bağlı referendumun nəticəsinin dondurula biləcəyini açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam