Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dünyanın məhv olmuş şəhərləriVideo

 

Yenixeber.org: 

1. Pompey, Roma İmperiyası, 79-cu il - Pompey şəhəri 2000 min il əvvəl Vezuvi vulkanının ətəklərində mövcud olub. 79-cu il 24 avqust tarixində vulkan püskürməsi nəticəsində şəhər qaynar lava altında qalaraq məhv olub. Qazıntılar zamanı oradan hətta daşlaşmış insan qalıqları tapılıb. Hazırda şəhərin xarabalıqları qalıb.

2. İndianola, ABŞ, 1875 - Texasın İndianola şəhəri dəhşətli qasırğa nəticəsində məhv olub. Sakinlər şəhəri yenidən qurmağa çalışsalar da, 11 il sonra yeni bir tufan öz yarımçıq işini tamamlayıb.

3. Yunqay, Peru, 1970 - Peru sahillərində baş verən zəlzələ Yunqay şəhərinin dağılmasına səbəb olub. Demək olar ki, bütün əhali (25 min nəfər) ölüb. Yeni Yunqay şəhərini isə fəlakət yerindən bir neçə mil uzaqda yenidən qurmağa müvəffəq olublar.

4. Çernobıl, SSRİ, 1986-cı il 26 aprel - 1986-cı il 26 apreldə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl şəhəri Atom Elektrik Stansiyasında güclü nüvə partlayışı nəticəsində məhv olub. Hətta bu gün həmin ərazilər radioaktivdir.

5. Qrinsburq, ABŞ, 2007-ci il - Kiçik şəhərdən keçən qasırğa binaların 95%-ni məhv edib, 11 nəfər ölüb. Bir müddət sonra bu şəhəri yenidən bərpa ediblər.

6. Yinsiu, Çin, 2008-ci il - Bu şəhərdə yaşayan yeddi min nəfərdən yalnız 2300-ü dəhşətli zəlzələdən xilas ola bilib. Şəhərin 80%-i məhv edilib. Lakin hazırda bu şəhər yenidən qurulur.

7. Fort Mak-Murrey, Kanada, 2016-cı il - Güclü meşə yanğını nəticəsində 60 min sakin şəhəri tamamilə boşaldıb. Alınan tədbirlərə baxmayaraq, şəhərin təxminən 30%-i yanıb.

Axar TV məhv olmuş şəhərlərdən görüntüləri təqdim edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam