Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabiq prezidentə ömürlük iş verdilər

 

 Bişkek Hərbi Məhkəməsi Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev və Dövlət Mühafizə Xidmətinə rəhbərlik etmiş qardaşı Canıbek Bakiyevə qiyabi ömürlük həbs cəzası kəsib.
"Xeberinfo.com": Məlumata görə, Bakiyevlər qətlin təşkilində, qətlə cəhddə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər. Onların əmlakı da müsadirə olunacaq.  
Sabiq baş nazir Daniyar Usenov da qətlin təşkilində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla qiyabi ömürlük həbs cəzasına məhkum olunub.
Hərbi məhkəmə Prezident Katibliyinin sabiq rəhbəri Oksana Malevannayaya 10 il qiyabi həbs cəzası kəsib.
Sabiq baş prokuror Nurlan Tursunkulov, Prezident Aparatının sabiq rəhbəri Kanıbek Joroyev və prezidentin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Elmuraz Satıbaldıyev 10 il müddətinə, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Murat Sutalinov 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sabiq prezidentin oğlu və müavini Marat Bakiyev çirkli pulların silinməsinə və xidməti yerini tərk etdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum olunub.
Kurmanbek Bakiyev 2010-cu ildə devrilərək yaxınları ilə birgə ölkədən qaçıb və Belarusa sığınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam