Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İsrail Türkiyədəki bütün diplomatlarını geri çağırdı

 

İsrail Türkiyədən bütün diplomatlarını geri çağırmaq haqqında qərar verib. 
    "Xeberinfo.com" xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail mətbuatı yayıb. Məlumatda bildirilir ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman Türkiyədə rəsmi Təl-Əvivi təmsil edən bütün diplomatlarını geri çağırıb. 
    Buna səbəb Türkiyədə İsrail səfirlikləri və konsulluqları önündə İsrailin Qəzzanı bombalamasına etiraz əlaməti olaraq keçirilən aksiyalardır.
Aviqdor Liberman isə diplomatların təhlükəsizliyi məsələsinə görə Türkiyəni ittiham edib. O bəyan edib ki, Türkiyə təhlükəsizlik xidmətləri İsrail diplomatik korpus və onun nümayəndələrinin təhlükəsizliyi ilə bağlı vəzifənin öhdəsindən gəlmir. İsrail xarici siyasət idarəsinin rəhbəri buna görə Türkiyəyə nota göndərəcəklərini də vurğulayıb.
Qeyd edək ki, 10 gündür İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 270 nəfər dinc sakinin öldüyü bildirilir. Bununla yanaşı, İsrail Qəzzaya quru əməliyyatlarına da başlayıb. 
İsrailin Qəzza ilə bağlı siyasətinin ən kəskin tənqidçilərindən biri də Türkiyədir. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və digər hökumət rəsmiləri Qəzza bombardmanlına görə İsrail əleyhinə sərt bəyanatlar səsləndirib. 
İsrailin Qəzzanı bombalamasına etiraz əlaməti olaraq bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri önündə aksiyalar da keçirilib.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam