Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sentyabrın 5-i Beynəlxalq Xeyriyyəçilik Günüdür

Sentyabrın 5-i Beynəlxalq Xeyriyyəçilik Günüdür

 

 

Yenixeber.org: Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. Onun bayram etməsi barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılıb.

AZƏRTAC Golos.ua agentliyinə istinadla xəbər verir ki, həmin tarixin 1997-ci il sentyabrın 5-də vəfat edən Tereza Ananın ölümü günü ilə eyni günə düşməsi heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh Mükafatına layiq görülüb.

Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.

Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatına, hebelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığı doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.

Xeyriyyəçiliklə lap əvvəllərdən məşğul olublar. Məsələn, dahi A.Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən B. Qeyts xeyirxah məqsədlər üçün 30 milyard dollar xərcləyirdi. Amerika milliarderi Rokfeller də xeyriyyə işlərinə xeyli vəsait ayırırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam