Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İran Suriyada “sovet raketləri” buraxan zavod tikir –Uzaqmənzilli bu raketlər hara tuşlanacaq?

İran Suriyada “sovet raketləri” buraxan zavod tikir –

 

Yenixeber.org: İsrailin EROS-B peykini idarə edən “İmageSat” agentliyi Suriya ərazisində Sovet tipli Skad raketləri zavodunun tikildiyini göstərən görüntüləri yayıb.

Bu barədə "The İndependent" qəzeti məlumat yayıb. İsrail mediası xəbər verir ki, Latakiya yaxınlığında Suriya hökümətinin nəzarətində olan sahil zolağında tikilməkdə olan bu zavod Tehrandakı raket zavoduna bənzəyir. Ekspertlər bildirirlər ki, belə bir mükəmməl zavod İran mütəxəssislərinin iştirakı olmadan heç cür tikilə bilməzdi. Onlar inanırlar ki, tikintisinə ötən il başlanmış zavod İsraili vurmağa qabil olan uzaqmənzilli raketlərin həm istehsalı, həm də yeraltı anbarlanması imkanlarına malikdir.

Ekspertlərin fikrincə, bu zavod 2017-ci ilin sonlarınadək tikilib başa çatdırılacaq. İsrail 6 ildir ki, davam edən münaqişənin gedişində İranın Bəşər əl-Əsəd hökuməti üzərində artan təsirindən narahatdır.

Münaqişə əsnasında İsraillə qonşu olan Suriyadakı münaqişədə İranın İnqilab Keşikçiləri Korpusu, Hizbullah və şiə yaraqlıları iştirak edirlər. İran və onun müttəfiqi olan Livan Hizbullah təşkilatı yəhudi dövlətini yer üzündən silməyə and içiblər. İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə etdiyi çıxışında deyib ki, onun ölkəsi İranın və onun müttəfiqlərinin qonşu Suriyada möhkəmlənməsinə qarşıdır.

Ötən həftə bəlli olub ki, İsrail Suriyada ABŞ və Rusiya arasında razılaşmaya uyğun olaraq yaradılan atəşkəsi pozmağa cəhd göstərib. İsrail bu atəşkəsin İran üçün geniş meydan açacağından narahatdır.

Bəzi xəbərlərə görə, İsrail dünya güclərinin müharibədən sonrakı Suriyada İranın malik ola biləcəyi hegemonluğa biganəliyini tənqid edib. İsraillilər Moskva və Vaşinqtondan münaqişə bitdikdən sonra kənar qüvvələrin Suriyanı tərk etməsinə nail olmağı tələb edirlər. Yəhudi rəsmilər bildirirlər ki, Livan İsrailə tuşlanmış raketlər üçün baza ola bilər.

ABŞ Dövlət katibi Reks Tillerson bu ayın əvvəllərində bildirib ki, Vaşinqton Suriya müharibə səhnəsində Rusiya ilə əməkdalığı davam etdirəcək, lakin İran qüvvələri tədricən bu bölgədən çıxarılmalıdır. İsrailin kəşfiyyat rəsmiləri bu məsələni gələn həftə Vaşinqtonda amerikalı həmkarları ilə müzakirə edəcəklər. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam