Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"WikiLeaks": ABŞ kəşfiyyatı kompüterlərə belə müdaxilə edir

"WikiLeaks": ABŞ kəşfiyyatı kompüterlərə belə müdaxilə edir

 

"WikiLeaks" CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) yeni bir proqramı ilə bağlı məlumat yayıb.

Yenixeber.org xəbər verir ki, hökumətdən, kəşfiyyat idarələrindən və maliyyə qurumlarından sızdırılan hakker hücumları ilə bağlı informasiya "WikiLeaks"ın "Yeddinci qutusu" adı altında yayımlanıb.

Məlumata görə, "Dumbo" adı verilən proqram kompüterlərə qoşulan kamera, mikrofon və digər qurğuları müəyyən edərək sistemdən ayıra, həmçinin internet şəbəkəsini də çökdürə bilir. Faylları silmək və ya manipulyasiya etməklə operator istintaq əməliyyatının saxta və ya faktiki dəlillərini yaratmaqda da kömək edir. Proqramın əsas hədəfinin "Windows" olduğu bildirilir.

Qeyd edək ki, "WikiLeaks" daha öncə də buna bənzər məlumat yaymış və CİA-nın yaratdığı yeni proqram ilə Android tipli qurğularda göndərilən SMS-ləri hədəf aldığını, həmçinin bununla Rusiya və Çinə aid olduğu iddia edilən haker kodlaşdırmalarını təhlil etdiyini yazmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam