Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Suriyada deeskalasiya zonaları yaradılarkən İsrailin maraqları nəzərə alınıb

 

Rusiya və ABŞ Suriyanın cənubunda təhlükəsizlik zonası yaradılarkən İsrailin maraqlarının nəzərə alınması üçün hər şeyi edib.

Yenixeber.org-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Bundan əvvəl “Haaretz” qəzetinin internet-saytı baş naziri Binyamin Netanyahuya istinadla İsrailin Suriyanın cənubunda atəşkəs barədə ABŞ və Rusiya tərəfindən əldə edilən sazişə qarşı çıxdığı barədə məlumat verib. Belə ki, o, bu ölkədə “İranın iştirakını əbədiləşdirir”.

“Binyamin Netanyahunun konkret olaraq nə dediyini bilmirəm, buna baxmayaraq, o cümlədən Rusiya-ABŞ-İordaniya görüşünün yekunları üzrə bu deeslakasiya zonasının yaradılması barədə elan etdiyimiz zaman məlumat vermişik, prezident də (Rusiya Vladimir Putin) bu barədə Hamburda (G20 sammitində) söyləyib. Biz maraqlı olan bütün tərəflərlə, o cümlədən İsraillə hazırlıq işləri aparmışıq. Odur ki, İsraildən olan həmkarlarımızın barəsində anlaşma olan məsələdən çox şəkildə məlumatlı olmaları fikrindən çıxış edirik. Zəmanət verə bilərəm ki, həm biz, həm də ABŞ tərəfi bu konstruksiya çərçivəsində İsrailin təhlükəsizlik maraqlarının tam şəkildə nəzərə alınması üçün hər şey etmişik”- deyə Lavrov söyləyib. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?