Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Çin özü ABŞ-ın cavabını verəcək" -Çin mətbuatı yazır

 

Rusiya Şimali Koreyanın qonşusudur, həm də onun üzərində müəyyən təsirə malikdir.

Yenixeber.org:  Bununla belə, bir çox ekspert Çin və Şimali Koreya münasibətlərinə qətiyyən əhəmiyyət vermədən, Rusiyanın rolunu həddindən artıq şişirdirlər.

 

  Bu haqda Çinin “Minbao” portalı yazıb.

 

“Rusiya – bu böyük dövlət həm Avropada, həm də Asiyada güclüdür. Amma Şərqi Asiyada güc tətbiqi baxımından öz təsirini genişləndirmək imkanları zəifləyib. Şimali Koreyaya təsir etmək baxımından üstünlük Çinin əlindədir və rəsmi Pekin Pxenyana əvvəlki kimi təsir göstərir. ”-deyə məqalədə bildirilib.

 

Bununla belə yazılıb ki, Şimali Koreya hərbi texnologiyalar sahəsində faktiki olaraq Rusiyadan asılıdır – eynən sovet dövründəki kimi.

Çin mənbələrinə görə, Şimali Koreya bəllidir ki, böyük dövlətlərlə oyuna girmək istəməyə çalışır. Lakin o, ABŞ və Çin arasında balans axtarmır.

 

“Şimali Koreya Çindən asılı olmaq istəmir və Rusiyaya da tam arxalanmır. Nəticə isə budur ki, hər üç ölkə müttəfiqdir. Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üçün tətbiq etdiyi sanksiyalara tam şəkildə qoşulmur. Böyük ehtimal ki, bu iki ölkə arasında gizli razılıq əldə edilib. Yəqin ki, Çinin və Rusiyanın BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymamasının arxasında bir məqam durur – onlar Şimali Koreya hakimiyyətini qoruyub saxlamaqda maraqlıdırlar”.

 

ABŞ-ın isə Cənubi Koreyada THAAD raketdən müdafiə sistemlərini yerləşdirməsi isə hazırkı geosiyasi vəziyyəti mürəkkəbləşdirir. Məlumdur ki, Pentaqonun bu addımı Çinlə Cənubi Koreya arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxarıb. Bu, həmçinin ABŞ-la Çin arasında da gərginliyə səbəb olub. Çin hesab edir ki, THAAD-ın yerləşdirilməsi Çinin strateji maraqlarına ziddir.

Rusiya isə daha çox seyrçi mövqedədir. Sanki Çinin Qərblə konfrontasiyaya girməsi Kremlə sərf edir. Buna görə də, Rusiya ABŞ və Cənubi Koreya əleyhinə THAAD-a görə sərt tənqid söyləmir. Çin mətbuatı yazıb ki, Rusiya gözləyər, Çin özü Amerikaya sözünü deyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam