Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Sizi təqdir edirəm” -Əhmədinejad Trampa məktub yazdı

 

ehmedinejad

İranın sabiq prezidenti Mahmud Əhmədinejad Donald Trampa açıq məktubla müraciət edib.

Xeberinfo.com:    AFP-yə istinadən xəbərə görə, məktubda o, ABŞ siyasi sistemini tənqid etdiyinə görə D.Trampı alqışlayır, amma viza qadağası və qadınlara münasibəti ilə əllaqədar ABŞ prezidentinin özünü tənqid edir.

Öz saytında ingilis və fars dillərində dərc edilən uzun və rabitəsiz məktubunda Əhmədinejadın D.Trampla əkiz ruh tapması görünür.

“Zati-aliləri (Tramp) ABŞ-ın siyasi sistemini, korrupsiyalaşmış seçki strukturunu və onun anti-icmailiyini doğru təsvir edib”, – deyə Əhmədinejad yazır.

Məktubun çox hissəsi Yaxın Şərqdə müdaxilələrə həsr olunub və bu sətirlərdə sabiq prezident keçmiş ABŞ administrasiyalarının “təkəbbür”ünü xatırladaraq D.Trampa nəsihət verir.

Əhmədinejad, İran da daxil olmaqla, yeddi müsəlman ölkəsinə dair viza qadağası məsələsinə də toxunub.

Mahmud Əhmədinejad dünya liderlərinə dəfələrlə məktubla mürac edib. O, ABŞ-ın sabiq prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və Roma Papası, eləcə də oğul-Corc Buşa 18 səhifəlik namələr göndərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam