Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ Suriyaya 200 əlavə hərbçi göndərir

abs herbi

 

ABŞ İŞİD terror qruplaşması ilə mübarizə üçün terrorçuların “paytaxtı” hesab edilən Raqqa şəhərinə 200 hərbçi göndərəcək.

Xeberinfo.com:   Bunu ABŞ müdafiə naziri Eşton Karter deyib. Onun sözlərinə görə, bu 200 nəfərə xüsusi təyinatlə təlimçilər, məsləhətçilər və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər daxildir.
ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya Raqqanın azad olunmasını hədəfləyir. ABŞ keçən ay Suriyaya 300-ə yazın koalisiya əsgəri göndərilib.

“Bu, xüsusi bacarıqlı əməliyyatçılar Suriyadakı 300 xüsusi əməliyyatçıya qoşularaq təşkilatlanma, təlim, təchizat işlərində İŞİD-lə mübarizə aparan yerli qüvvələrə yardımçı olacaqlar” – deyə Karter bildirib.

Karter Bəhreyndə Yaxın Şərqdə təhlükəsizliyə dair Manama Dialoq konfransında çıxış edib. O deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsədi hərbi cəhətdən dəstəkləyən Rusiya yalnız vətəndaş müharibəsinin qızışmasına və Suriya xalqının əzablarının daha uzun müddət davam etməsinə xidmə edib.
Bu bəyanat ABŞ dövlət katibi Con Kerri və digər ali diplomatların Suriyada 6 ilə yaxındır davam edən və 300 mindən çox insanın həyatına son qoyan münaqişənin həlli istiqamətində yeni danışıqlara başladığı vaxta təsadüf edir.

Dünən isə Rusiya xarici işlər naziri Sergey Lavrov üsyançılar Hələbi boşaldanadək Rusiya və Suriya hökumət qüvvələrinin şəhəri bombalamağa davam edəcəyini bildirib.

“Humanitar fasilədən sonra hücumlar bərpa olunub və quldurlar Hələbdə qaldığı müddətdə hücumlar davam edəcək” – deyə Lavrov bildirib. O, bu açıqlamanı Almaniyanın Hamburq şəhərində təhlükəsizlik toplantısında qatılarkən jurnalistlərə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam