Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ukrayna xalqı bu gün öz liderini seçəcək

 

                           Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. 

"Xeberinfo.com" Ukrayna KİV-nə istinadən xəbər verir ki,ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında bildirib ki, Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət AB ilə azad ticarət zonası haqqında müqaviləni imzalayacaq. 
Ukrayna prezidenti postu uğurunda 21 nəfər mübarizə aparır. Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, ölkənin mərkəzi seçki komissiyasında olan səsləri sayma proqramına hakerlər hücum ediblər və onu sındırıblar. 
Onun sözlərinə görə proqramı yenidən işə salmaq vaxt aparcağı üçün səslər əl ilə hesablanacaq. Nazir qeyd edib ki, belə olduğu təqdirdə səslər daha etibarlı hesablanacaq.
Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər. 
Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq. 
Qeyd edək ki, seçkiləri ümumilikdə 3607 müşahidəçi izləyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam