Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rusiya Qafqazda hakim xarici güc olaraq qalır”

“Moskva Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir”.

Xeberinfo.com:  Məlumata görə, bu barədə “Stratfor” Araşdırmalar Mərkəzinin “Rusiya üçün bəzi münaqişələr həmişəkindən daha soyuqdur” başlıqlı yazısında deyilir.

Yazıda postsovet məkanında davam edən münaqişələrdən bəhs edilir: “Bu münaqişələr, əsasən, etnik və mədəni azlıqların məskunlaşdığı ərazilərdə baş verib. Sovet ölkələri üzərində Moskvanın nəzarəti zəiflədikdən sonra bu ərazilərdə gərginlik artdı, silahlı münaqişələr baş verdi. SSRİ dağıldıqda sonra isə yeni postsovet ölkələrinin nəzarətindən kənarda de-fakto dövlətlər yarandı”. Yazıda Rusiyanın Cənubi Osetiya, Abxaziya, Ukrayna, Dnestryanı kimi münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsindən istifadəsinin bir qədər mürəkkəb olduğu deyilir: “Çünki bu ölkənin münaqişə zonasında birbaşa hərbi fəaliyyəti yoxdur. Moskva bu münaqişədən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir və Qafqazda hakim xarici güc olaraq qalır. Ermənistanın Moskva ilə strateji müttəfiq olmasına və Azərbaycanın daha çox balanslı xarici siyasət yürütməsinə baxmayaraq, Rusiya hər iki ölkəyə onlardan birinin digərinə qarşı daha gözüaçıq dayanması və təhlükəsizlik ehtiyacları baxımından Rusiyadan asılı olması üçün silah satır”.

Bildirilir ki, Moskva ilə Qərb arasında ziddiyyət münaqişə zonalarında təhlükəsizlik durumunu daha dinamik edir: “Aprel ayında Dağlıq Qarabağda eskalasiya baş verdi, yüzlərlə insan öldü, yaralandı və ya itkin düşdü. Moskva və Qərbin bu keçmiş sovet periferiyasında təsirini artırmaqla bağlı yarışı bu ərazilərdə və onun yaxınlığında təhlükəsizliklə bağlı vəziyyəti daha da qeyri-stabil edə bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam