Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya raketi Amerika tankına qarşı - VİDEO

İraqda və Suriyada davam etməkdə olan müharibədə az qala dünyanın bütün silah istehsalçılarının məhsulları sınaqdan keçirilir.

Xeberinfo.com:  Rusiya özünün ən yeni “Kalibr” qanadlı raketlərinin döyüş tətbiqini məhz Suriya hərbi əməliyyatlar teatrında sınaqdan keçirib. Habelə Rusiyanın ən yeni S-300 B4 və S-400 “Triumf” zenit-raket komplekslərini Suriyada yerləşdirib. Suriya ordusuna T-90 tankları və digər müasir hərbi texnika verib.

İŞİD terrorçuları və digər silahlı qruplaşmalar isə bir qayda olaraq müxtəlif ölkələrin istehsalı olan silahlarla döyüşürlər. Məsələn, İŞİD İraqın bir neçə iri şəhərini tutanda bu ölkə ordusunun Amerika tərəfindən təchiz edilmiş hərbi birləşmələri öz silahlarını və texnikasını atıb qaçmışdı. Nəticədə ABŞ istehsalı olan tanklar və zirehli maşınlar, atıcı silahlar və tank əleyhinə raketlər İŞİD-in əlinə keçib. Habelə İŞİD-in əlində Suriya və İraq ordusunun anbarlarından qənimət götürülmüş Rusiya istehsalı silahlar da var.

Bu baxımdan Suriya və İraqda gedən müharibə həm də müxtəlif ölkələrin silahlarının hansının daha üstün gəldiyini müəyyən etməyə imkan verir. Bundan əvvəl internetdə yaraqlıların ABŞ istehsalı olan TOW tank əleyhinə raketi ilə Suriya ordusunun T-90 tankına endirdiyi zərbənin görüntüləri yayılmışdı. Tank həmin raket zərbəsinə davam gətirə bilmişdi və onun dinamik mühafizə sistemi işə düşərək raketi zərərsizləşdirmişdi. Nəticədə tank yüngül zədələnsə də ekipaj sağ qalmışdı.

İndi İraqda İŞİD terrorçularının Rusiya istehsalı olan “Kornet” tank əleyhinə raketi ilə İraq ordusunun Amerika istehsalı olan tankı M-1 “Abrams”ı necə vurduğunu əks etdirən görüntülər yayılıb. “The Orient Times”in yaydığı görüntülərə əsasən İraq ordusunun “Abrams” tankı atəş mövqeyində dayanıb, bu zaman terrorçular tanka raket buraxır və “Kornet” nəhəng tankın arxa tərəfindən dəyərək onun yanacaq çənini partladır. Tank alov tutub yanır, beş ekipaj üzvünün həlak olduğu bildirilir. M-1 “Abrams” dünyanın ən yaxşı tanklarından biridir, onun tank əleyhinə idarə olunan raketlərə və top mərmilərinə qarşı güclü müdafiə sistemi var.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam