Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yanukoviçin dəqiq yeri aşkar edildi

 

Bir müddət əvvəl ölkədə baş verən inqilab nəticəsində vəzifəsindən çıxarılan Ukrayna prezidenti Viktor Yanukoviçin məskunlaşdığı məkan müəyyən aşkarlanıb. 

"xeberinfo.com"  Ukrayna mediasına istinadən xəbər verir ki, Dövlət Mühafizə İdarəsinin (DMİ) rəisi Valeriy Qeletey bildirib ki, Viktor Yanukoviç Rostov-na-Donu şəhəri yaxınlığında şəxsi evə sahibdir. “Yanukoviç dəqiq haradadır?” sualına cavabında V.Qeletey deyib ki, onun məlumatlarına görə, V. Yanukoviç Rostov-na-Donuya yaxın ərazidə malikanə alıb və həmin evdə də yaşayır: “Oğlu Aleksandr isə Moskva yaxınlığında Barxiv qəsəbəsində özünə ev alıb”. 

V. Qeletey keçmiş prezidenti onunla birlikdə Rusiyaya gedən Ukrayna DMİ-nin keçmiş əməkdaşlarının qoruduğunu da bildirib: “Yanukoviç könüllü şəkildə Ukraynaya qayıtmayacaq. Lakin tez və ya gec o, etdiyi hər əmələ görə cavab verməli olacaq. Buna inanıram”. 

Xatırladaq ki, Kiyevdə “Maydan” hadisələrindən sonra V. Yanukoviç ölkədən qaçıb. Ukraynanın yeni hakimiyyəti Yanukoviçi cinayətkar adlandıraraq, onu axtarışa verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam