Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İraqda silsilə terror aktları nəticəsində 55 nəfər ölüb

terror-partlayish

İraqda yas mərasimində törədilən partlayış, nəzarət-buraxılış məntəqəsinə və İŞİD-ə qarşı döyüşən hərbi birləşmə komandirinin evinə hücumlar nəticəsində 55 nəfər ölüb.

Xeberinfo.com:   “RİA Novosti”yə istinadən xəbərə görə, ən çox tələfat İŞİD üzvünün yas mərasimində törətdiyi partlayış nəticəsində olub. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 41 nəfər ölüb, 33 nəfər yaralanıb.

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan başqa, İŞİD terrorçularının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 8 polis ölüb, 11 nəfəri yaralanıb. Atışma zamanı 3 terrorçu öldürülüb.

İŞİD-ə qarşı döyüşən hərbi birləşmə komandirinin evinə hücum zamanı onun həyat yoldaşı və üç uşağı ölüb. Zabitin özü evdə olmadığından xəsarət almayıb. Polis tərəfindən təqib edilən terrorçular ələ keçməmək üçün özlərini partladıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam