Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyiblər”

lavrov kerri

“Biz, çıxıb bütün dünyaya deyə bilmirik ki, razılığa gəlmişik”

Xeberinfo.com:   Bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

Qeyd edək ki, dünən Nyu-YorkdaBMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Suriya böhranı üzrə Beynəlxalq Qrupun görüşü keçirilib. Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, Avropa İttifaqı nümayəndələri və Yaxın Şərq ölkələrinin yüksək vəzifəli diplomatları iştirak ediblər.

BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Stefan de Mistura keçirilən görüşü “uzun, ağrılı və məyusedici” adlandırıb.  Onun sözlərinə görə, yaxın saatlar və günlər Suriyada sülh prosesi üçün olduqca böyük önəm daşıyır.
ABŞ dövlət katibi Con Kerri inamın bərpa olunması üçün aviazərbələrin dayandırılmasının vacib olduğunu söyləyib. Lavrov isə Kerriyə cavabında müxalifətin də döyüşü dayandırmalı olduğunu qeyd edib.
Xatırladaq ki, sentyabrın 9-də Cenevrədə Lavrovla Kerri arasında Suriyada atəşkəsin elan olunması ilə bağlı əldə olunmuş razılıq bir neçə gün sonra pozulub. Əvvəlcə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya qoşunlarına aviazərbə endirib, daha sonra isə BMT-nin humanitar karvanı Hələb şəhərində havadan atəşə tutulub. Rusiya XİN ABŞ-ı İŞİD-ə yardım etməkdə, rəsmi Vaşinqton isə BMT avtokarvanının bombalanmasında Moskva və Dəməşqi günahlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam