Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Türkiyənin NATO-ya, NATO-nun da Türkiyəyə ehtiyacı var”

bd5af8867cf66815d8144c0dc050a8e0

 

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

 

Xeberinfo.com:   “Hürriyet”ə istinadən xəbərə görə, 15 iyul hərbi çevriliş cəhdindən sonra ilk dəfə Türkiyəyə səfər edən Y. Stoltenberq bu cəhdi qınayıb və Türkiyəyə çoxsaylı ölümlərlə əlaqədar başsağlığı verib. O, çevriliş zamanı türk xalqının göstərdiyi cəsarətə sayğısını ifadə edib: “Üzv ölkələrimizin hər hansı birində demokratiyanı hədəf alan hər cür hücum ittifaqımızın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”.
Y. Stoltenberq Ankarada baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Fikri İşıq ilə də görüşlər keçirəcək.
Baş katib “CNN Türk” telekanalına açıqlamasında Türkiyənin NATO-ya, NATO-nun isə Türkiyəyə ehtiyacı olduğunu bildirib. O, çevriliş cəhdindən sonra da Türkiyənin NATO qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam etdiyini söyləyib. Y. Stoltenberq Türkiyənin İŞİD-ə qarşı mübarizəsindən və Türkiyə ilə Rusiya arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam