Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

"Şiələrə qarşı ədavət , anti-İran əhvalı yüksəlir" - “The Wall Street Journal”

Səudiyyə Ərəbistanında şiə azlığına təzyiqlər, ədavət yüksəlməkdədir.

Xeberinfo.com:   “The Wall Street Journal” qəzetinin məqaləsində belə deyilir. Qəzet yazır ki, bu, Ər-Riyadın Tehranla qarşıdurma vəziyyətindən yaranıb. Bu düşmənçilik isə ölkədə sabitsizlik yaratmağa çalışan «İslam Dövləti” (İŞİD) qruplaşmasının dəyirmanına su tökmüş olur.

“Kral Salman-ın dövründə sünni krallıq şiə İranın ərəb dövlətlərinin işinə müdaxilə saydığı fəaliyyəti önləməyə çalışır. Ötən il Ər-Riyad Yəmənə hərbi müdaxilə edərək iranpərəst husi üsyançılara zərbələr endirib. Bu ilin yanvarında isə Tehranla diplomatik münasibətlər kəsilib. Amma ölkə içində də məzhəb savaşı qızışmaqdadır. Şiələrə ədavət hər yerdə hiss olunur, sosial mediada, sərt xətt tərəfdarları olan ruhanilərin televiziya çıxışlarında və sairə”, - qəzet yazır.

İyulda Ramazan bayramı mərasimində iki məktəbli qız şiələrin «ər-rafida» adlandırıldığı şeir oxuyublar. Şeirdə şiələrə «Zərdüştün əsgərləri» deyə xitab olunurdu. Və oxşar məzhəb dözümsüzlüyü ölkədə getdikcə adi hala çevrilir. Ölkənin ali dini orqanı sayılan Böyük Müfti bu yaxınlarda yaydığı moizədə şiələri müsəlman dünyasında sabitsizlik yaratmağa çalışan yalançılar adlandırıb.

 

ŞİƏLƏRƏ HÜCUMLAR ARTIR

Qeyd edək ki,  «İslam Dövləti» (İŞİD) qruplaşması da Səudiyyədə şiə azlığını hədəfə alır. «Ərəb dünyasında İŞİD-ə dəstək anti-İran, anti-şiə təbliğatıyla üst-üstə düşür. Və bu onların əleyhinə çevrilməyə başlayıb», - bunu Oksford Universitetindən Toby Matthiesen deyir.

Qəzet yazır ki, 2014-cü ildə İŞİD-in yüksəlişindən bəri bu qruplaşma Səudiyyə Ərəbistanında törədilmiş 30 terror hücumundan çoxunun arxasında dayanıb. Əksəriyyəti də ölkənin neftlə zəngin şərq vilayətindəki şiələri hədəfə alıb.

Şiələrə hücumların artması ər-Riyadı onları qorumaqdan ötrü əlavə təhlükəsizlik qüvvələri yerləşdirməyə məcbur edib. İyulda İŞİD bir gündə 3 partlayış törətdi, biri şiə məscidində baş vermişdi. Bundan sonra Kral Salman ekstremizm və zorakılıq təhlükəsinə qarşı danışmağa başladı.

 

MƏZHƏB SAVAŞI, YOXSA GEOSİYASİ MÜNAQİŞƏ?

Səudiyyə rəsmiləri sünni-şiə gərginliyində İranı suçlayır. Amma Səudiyyədə sünni islamın fundamentalist təfsiri geniş yayılıb ki, bu yozuma görə, şiələr «kafir», «dönük» sayılır.

«Nəyin anti-İran, yaxud anti-şiə olduğunu ayırd etmək çox çətindir. Bu, məzhəb münaqişəsidir, yoxsa geosiyasi?», - Brukinqs İnstitutunun Dohadakı əməkdaşı Ibrahim Fraihat belə deyir. «Bu ikisinin sərhədi çox qarmaqarışıqdır».

«Qəzetlərdə şiələrə «ər-rafida», yaxud «beşinci kolon», ya da «İranın aləti» deyirsənsə, bu zaman onlara düşmən kimi baxanların sayı artır», - şiə fəal Mohammed al-Jubran söyləyir.

Səudiyyə qanunlarına görə, məzhəblərarası nifrət yaradanlar cinayət təqibinə məruz qalmalıdırlar. Amma Daxili Işlər Nazirliyinin sözçüsü deyir ki, özəlliklə sosial mediada ekstremist baxışlara nəzarət çətindir.

 

NARAZILIQ YATIRDILIR

Ölkə rəsmiləri isə yanvarda şiə ruhaninin edamından sonra ölkədə baş qaldıran şiə narazılığını yatırtmağa çalışırlar. Tanınmış şiə ruhanisi Şeyx Hüseyn əl-Radhi martda həbs olunub. O, Səudiyyə hökumətini tənqid etmiş, İranın dəstəklədiyi şiə «Hizbullah» qruplaşmasını tərifləmişdi. Səudiyyə bu qruplaşmanı terror təşkilatı sayır.

Hazırda Ər-Riyadda bir məhkəmə 30 şiənin işinə baxır, onlar 2013-cü ildə İrana casusluq ittihamıyla saxlanmışdılar. İttihamlara sünni krallıqda şiəliyi yaymaq da daxildir.

Təqsirləndirilənlərin vəkili olmuş Taha al-Həcci isə məhkəmə prosesinin ədalətli keçmədiyini deyir, bir səbəbin Səudiyyə-İran gərginliyi olduğunu bildirir. Vəkili martda dindirməyə çağırıblar. O, təqiblərdən qorxaraq ölkədən çıxıb və Almaniyada sığınacaq üçün müraciət edib. (“Azadlıq” radiosunun xülasəsi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam