Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Generaldan xəbərdarlıq: "PYD Türkiyəni kimyəvi silahla vura bilər"

Suriyalı generaldan xəbərdarlıq
Əsəd rejimi ABŞ və Almaniyadan aldığı silahlarla Cərablusda Türkiyənin bir tankını vuran PYD-ni kimyəvi silahlarla təmin edib. 

Xeberinfo.com:   Məlumata görə, Suriya ordusunun kimyəvi silahlardan məsul şəxsi olmuş general Zahir Sakit Suriya rejiminin Haseke şəhərində saxladığı kimyəvi silahları PKK-nın Suriya qolu olan PYD-yə verdiyini deyib. 

Əsəd ordusunun sabiq üzvü olan general Zahir Sakit həmçinin Suriyada döyüşən PYD və İŞİD-in əlində mühüm miqdarda kimyəvi silahın olduğunu bildirib. 

"İŞİD 2015-ci ilin iyun ayında Hasəkə şəhərinin mərkəzində bir çox mühüm nöqtəni ələ keçirdi. Bundan sonra Suriya rejimi orada saxladığı kimyəvi silahları PYD-yə verdi. Daha sonra rejim Sıhne bölgəsində olan kimyəvi silah anbarlarından da PYD-yə silah tədarük etməyə davam etmişdi. Müxtəlif tarixlərdə 3 dəfə PYD kimyəvi silahla təmin olunub."

PYD və İŞİD-in bundan əvvəl də kimyəvi silahlardan istifadə etdiyini vurğulana Sakit bunları deyib:

"Rejimin çəkildiyi bölgələrdəki kimyəvi silahlar heç bir şəkildə məhv edilmədi. Hətta PYD və İŞİD qarşılıqlı olaraq Tel Əbyad və Hasekedə kimyəvi silahlardan istifadə edib. Əsəd rejiminin hava yolu ilə daşıdığı kimyəvi silahlardan ABŞ və Rusiyanın da xəbəri var. PYD bu silahlardan Türkiyəyə qarşı da istifadə edə bilər." 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam