Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bayden Gülən barədə: "Məhkəmə qərar verəcək" (Video)

 

 

"Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına federal məhkəmə qərar verəcək".
Xeberinfo.com:    `Haber7` yə istinadən xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse prezidenti Co Bayden deyib. 

`Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək` -deyə o, əlavə edib.



Xatırladaq ki, Türkiyə hökuməti Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsi ilə bağlı 85 qutu sənədi Vaşinqtona göndərib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfərə gəlib.

Ankara Esenboğa hava limanında onu Türkiyənin ABŞ-dakı səfiri Serder Kılıc və ştatların Türkiyədəki səfiri Con Bass qarşılayıb.

Bayden Türkiyə Böyük Millət Məclisini ziyarət etdikdən sonra baş nazir Binəli Yıldırımla görüşəcək. Rəcəb Tayyib Ərdoğanla isə prezident sarayında görüşəcək. Media üçün qapalı keçiriləcək bu görüşlər başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələsi və ikitərəfli əlaqələrin perspektivi olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam