Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gülənin ekstradisiyası üçün ABŞ Türkiyəyə nümayəndə heyəti göndərir


 

ABŞ hökuməti Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib.

Xeberinfo.com:   “Milliyet” qəzetinin verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.

Bu barədə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb.

O, hazırda Pensilvaniyada yaşayan F.Gülənin Türkiyəyə təhvil verilməsinin tək ABŞ və Türkiyə arasında bir məsələ olmadığını, bütün dünyanın bu prosesi yaxından izlədiyini qeyd edib: “Həm Con Kerri, həm də Co Bayden Türkiyəyə gəlmək istədiklərini bildiriblər. Bu ziyarətlərdən sonra müvafiq sənədlərlə birlikdə Vaşinqtona gedəcək, Fətüllah Gülənin Türkiyəyə təhvil verilməsinə səy göstərəcəyik. ABŞ və Türkiyə arasında şübhəlilərin qarşılıqlı təhvil verilməsi barədə anlaşma var və bu anlaşma bu günə qədər həyata keçirilib. ABŞ-ın ən qısa müddətdə terror təşkilatının liderini Türkiyəyə təhsil verməsini gözləyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam