Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Dünya müharibədədir, çünki sülhü uduzub"

roma-papasi-frensisRoma papası Francis deyib ki, bu müharibə dinlər arasında deyil, əksinə “maraqlar, pul və resurslar” üstündədir

Xeberinfo.com:   Roma papası Francis deyib ki, Avropa boyunca cihadçıların hücumları “dünyanın müharibədə olduğunu” göstərir.

Lakin o əlavə edib ki, bu müharibə dinlər arasında deyil, əksinə “maraqlar, pul və resurslar” üstündədir.

Roma papası bu bəyanatı Polşaya səfəri ərəfəsində, Fransada cihadçılar katolik keşişi qətlə yetirdikdən sonra səsləndirib.

Jacques Hamel ata Fransanın şimalındakı Sent-Etyen-du-Ruvrey kilsəsində səhər ibadəti zamanı öldürülüb.

Dünya sülhü uduzub

Ümumiyyətlə, isə ötən günlər və həftətlər ərzində Fransa və Almaniyada bir sıra zorakı hücumlar törədilib. Bunların əksəriyyətinin islamçılar tərəfindən həyata keçirildiyi düşünülür.

“Biz tez-tez müdafiəsizlik sözünü eşidirik, lakin əsl söz müharibədir – deyib müqəddəs ata, – Biz həqiqəti deməkdən qorxmamalıyıq. Dünya müharibədədir, çünki sülhü uduzub”.

“Mən müharibə deyəndə, din yox,maraqlar, pul, resurslar uğrunda müharibələri nəzərdə tuturam” – deyib Roma papası.

Bu bəyanatı səsləndirdikdən az sonra Roma papası katolik gənclərin festivalında iştirak etmək üçün Polşanın Krakov şəhərinə gəlib.

Bundan əvvəl Vatikan Polşa hökumətini miqrantlara sərt münasibətinə görə tənqid etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam