Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

TÜRKİYƏDƏ DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDİN QARŞISI ALINDI- VİDEO+FOTOLAR

 

55

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Türkiyə Milli İstihbarat Təşkilatı cevriliş cəhdində iştirak edənlərin zərərsizləşdirildiyini bəyan edib. Silahlı Qüvvələrin BaşQərargah rəisi girovluqdan azad edilib.

Xeberinfo.com:   Məlumata görə, Türkiyədə hökuməti orduya tam nəzarəti ələ almağı bacarıb. Hakimiyyəti devirməyə çalışan əsgər və zabitlə həbs olunublar.

Türkiyə Silahlı Qüvvələri də Ərdoğana tam dəstək verib. 1-ci ordu komandanlığının tərkibindəki 3-cu kolordu (Korpus) komandanı general Ərman Öztürk hərbi çevrilişdə iştirak edən əsgərlərə dərhal kazarmalara geri dönmələrini əmr edib. Diger generallar da oxşar bəyanatlar verib.

1468627119545Ancaq hələ də müqavimət göstərənlər var. Böyük Millət Məclisinin binasına bomba atıldığına dair xəbərlər var. Türkiyə hökuməti havadan xalqa atəş açan bütün təyyarə və helikopterlərin vurulmasına göstəriş verilib. Türkiyənin baş naziri Binali Yıldırım İstanbul səmasında görünən qırıcılara barəsində bəyanat edib. Baş nazir bildirib ki, əgər qırıcılar zərbə endirməyə cəhd etsələr raket atəş ilə zərərsizləşdiriləcəklər.

Türkiyədə hərbi çevrilişi təşkil edən şəxsin kimliyi də bəlli olub. “Anadolu” agentliyixəbər verir ki, Türkiyədə hərbi çevrilişi bir müddət öncə əzifədən çıxarılan Baş Qərargahın müşaviri polkovnik Məhərrəm Kösenin təşkil edib..

Sakinlərin tutub polisə təhvil verdiyi hərbi çevrilişçilər

 

 

****

 

90Türkiyə prezident Ərdoğanın çağrışından sonra bütün xalq ayağa qalxıb. “”AzPolitika.info”nun məlumatına görə, insanlar əsgərlərin tutduğu körpülərə axışıb. Bəzi yerlərdə tankların üzərinə çıxıblar.Bəzi bölgələrdə artıq əsgərlər geri dönüblər. Birinci ordu komutanı, org.general Dündar çevriliş cəhdinin kiçik bir  qrup tərəfindən həyata keçirildiyini, digər ordu birləşmələri tərəfindən onları nəzarət altına almağa çalışdıqlarını bildiriblər.

“Sabah” qəzetinin məlumatına görə, artıq çevrilişə cəhd edən 1 polkovnik və 3 əsgər polis əməkdaşları tərəfindən saxlanılıb.
vatandaslar-tanklarin-uzerine-cikti--7343766

ANS TV-nin Türkiyə müxbiri də xəbər verir ki, Ərdoğanın xalqa müraciətindən sonra xalq küçələrə çıxıb.Bütün dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Ölkədə Komendant saatı elan olunsa da xalq küçələrə axışıb.Polis qüvvələri tamamilə dövlətin yanındadır. Hərbçilərin bir hissəsi çevriliş edənlərin tərəfdarıdır.

Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdən insanların evlərdən şüarlar səsləndirərək, çıxdığı görülür. Bəzi vətəndaşlar meydanlardakı tankalrın üzərinə çıxaraq, hökumətə dəstəyini nümayiş etdirib.

 

*********

600@0 (1)Türkiyə prezidenti xalqa müraciət edib. O, çevriliş cəhdini ordu içindəki Fətullahçı qrupun törətdiyini bildirib. O, XALQI MEYDANLARA ÇAĞIRIB. Özünün də Ankaraya gəldiyini bəyan edib.

“AzPolitika” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  xalqı demokratiyaya sahib çıxmağa dəvət edib.

Ərdoğan: “Türkiyə Dövləti bütün çətinliklərin öhdəsindən gələcəkdir” deyə açıqlama verib

Xatırladaq ki, Türkiyə Baş qərərgah rəisinin girov götürüldüyü iddiaları var. Hazırda İstanbulda atışma davam edir.

 

Son məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanına doğru yola çıxıb. Onu qarşılamağa yüzlərlə vətəndaşın hava limanına getdiyi bildirilir.

_____

89Türkiyənin TRT kanalı da Türkiyə Silahlı Qüvvələrindəki bir qrup tərəfindən nəzarətə götürülüb.Bu barədə TRT-də çalışan jurnalistlər məlumat verib.
Türkiyə Silahlı Qüvvələrindən akreditasiyadan keçmiş bütün metbuat orqanlarına nəzaətin ordunun əlinə keçdiyinə dair mail göndərilib.

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. ANS PRESS-in məlumatına görə, Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz yerdədir və xalqa müraciəti gözlənilir.

 *************

binali_yildirim_esas26Türkiyə Baş naziri Binəli Yıldırım Ankara və İstanbuldakı fövqəladə vəziyyətlə bağlı açıqlama verib. Baş nazir deyib ki, bir qrup hərbçi tərəfindən çevrilişə cəhd olub. “Bunu edənlər ən ağır şəkildə bədəlini ödəyəcəklər”, – Binəli Yıldırım bəyan edib.

Baş nazir deyib ki, asayiş qüvvələri hərəkətə keçib: “Çevrilişə cəhd edənlərin kim olduğu, hansı məqsədlə hərəkət etdiyi qısa müddətdə bilinəcək. Millətimiz rahat olsun, qanunsuz fəaliyyətə əsla imkan verilməyəcək. Polis hərəkətə keçib. Ucunda ölüm də olsa, gərəkən yapılacaq”
.

************

600@0 (2)“Azpolitika.info”nun məlumatına görə, Türkiyədə Fətulla Gülənə bağlı, yəni FETÖ terror təşkilatının üzvü olan əsgər və zabitlər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahını ələ keçirməyə cəhd ediblər. Türkiyə dövlətinə xəyanət edən qüvvələr bu yolla dövlət çevrilişinə cəhd edib.
Ancaq polis və Türkiyə Silahlı Qüvvələrinin dövlətə sadiq qüvvələri bu çevrilişə cəhd edən əsgər və zabitləri həbs etmək üçün əməliyyata başlayıblar.

Bəzi mənbələr bu əsgər və zabitlərin ABŞ hərbi dairələri tərəfindən dəstəkləndiyi bildirilir.

Reuters agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Binali Yıldırım dövlət çevrilişinə cəhd oduğunu bəyan edib.
 Binalı Yıldırım ilkin açıqlamaları belədir: “Həqiqətən, bir cəhd etmə ehtimalı üzərində dayanırıq. Əsgər içindəki bəzi kəslərin qanunsuz bir hərəkəti söz edə biləcəyi məlumatını aldıq. Türkiyə Respublikası hökuməti iş başındadır. Bu dəliliyi edənlər bu hərəkətin içində olanlar da ən ağır şəkildə cəzasını ödəyəcəklər. Bunun adına hələ bir zərbə demək doğru olmaz. Bir cəhd söz mövzusudur. Dövlətin silahlarını alıb vətəndaşların üzərinə gedən onları yerə yatırtmaq cəsarətinə cəhd edən qrupların kim olduğuna baxacağıq. “

Əlavə məlumat veriləcək.

—-

Türkiyədə İstanbul və Ankarada insanlar təşvişə düşüb. ANS PRESS-in məlumatına görə, buna səbəb hər iki şəhərdə qoşunların və zirehli texnikanın küçələrə çıxarılmaısıdr.
Ankarada hətta qırıcılar aşağıdan uçuşlar həyata keçiriblər. Paytaxtda atışma səsləri eşidilib. Havaya qaldırılan helikopterlər binalardan birini atəşə tutub.

_____

Türkiyənin İstanbul şəhərində Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri jandarma qüvvələri tərəfindən bağlanıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, Boğaziçi körprüsündə Anadoludan Avropaya istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.
Təhlükəsizlik tədbirlərinə hərbçilər də cəlb olunub.

****************

ankara_291113Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam