Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

''Hakimiyyəti tərk etməklə bağlı Rusiya heç nə deməyib''

Bəşər Əsəd: ''Hakimiyyəti tərk etməklə bağlı Rusiya heç nə deməyib''

 

 

ABŞ dövlət katibi Con Kerri Suriyada atəçkəsin elan edilməsi və sülh əldə olunması yollarının müəyyənləşdirilməsinə nail olmaq məqsədi ilə Moskvaya səfər etdiyi ərəfədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın ondan qüvvələri geri çəkməsini tələb etmədiyini deyib.
Xeberinfo.com:  NBC News kanalına müsahibə verən Əsəd Rusiya və ABŞ arasında onun hakimiyyəti tərk etməsi ilə bağlı danışıqlar barədə söz-söhbətlərə baxmayaraq nə Rusiya xarici işlər naziri Lavrovun, nə də prezident Vladimir Putinin ondan qüvvələri geri çəkməyi tələb etmədiyini deyib.
“Rusiyanın siyasəti razılıqlara meylli deyil. Onlar öz maraqlarına əsaslanır,” deyə Əsəd bildirib. O, əlavə edib ki, Rusiya hakimiyyətdən getməklə bağlı heç vaxt “bir söz belə” deməyib.
“Yalnız Suriya xalqı kimin prezident olacağını, nə vaxt gəlib, nə vaxt gedəcəyini müəyyənləşdirə bilər,” deyə Əsəd qeyd edib.
Con Kerri bu gün Suriyada atəşkəsin bərqərar olunmasında Rusiyanın səylərini və İŞİD-ə qarşı mübarizədə hərbi əməkdaşlığı müzakirə etmək məqsədi ilə Moskvadadır.
ABŞ Suriyada ekstremistlərə qarşı hava hücumlarını davam etdirir. İraq isə ayın əvvəlində İŞİD-dən mühüm əraziləri geri alıb.
Müsahibəsində Bəşər Əsəd Amerikanın səylərini “qeyri-ciddi” qiymətləndirib.
“Reallıq ABŞ hava hücumlarının başladığından bəri terrorizmin yayıldığını və artdığını göstərir. Yalnız Rusiyanın müdaxiləsi nəticəsində terrorizm azalmışdı”,- deyə Əsəd əlavə edib ("Amerikanın səsi").

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam