Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avropaya miqrant axınının qarşısını almaq üçün "Avstraliya modeli" təklif edilib

Avropaya miqrant axınının qarşısını almaq üçün 'Avstraliya modeli' təklif edilib

 

 

Avstriya xarici işlər naziri Sebastyan Kurts Avropada sığınacaq axtaran miqrantları qitəyə buraxmaq əvəzində adalarda saxlamağın daha yaxşı olduğunu bəyan edib.
 
Xeberinfo.com:   Məlumata görə, S. Kurts Avstriyanın “Die Presse” miqrantların Avropaya təhlükəli səfərinin qarşısının alınması üçün “Avstraliya təcrübəsi”ni tətbiq etməyi təkli edib.
 
Avstraliya qayıqlarla gəlməyə çalışan miqrantları Naur və Papua-Yeni Qvineya adalarındakı düşərgələrə göndərir və qaçqın statusu alana qədər onları qeyri-müəyyən müddətdə həmin yerlərdə saxlayır. Bu müddət ərzində hətta onlar qaçqın statusu alsalar da, Avstraliyada məskunlaşmaları qadağan edilir. S. Kurts deyib ki, Avstraliya modeli tam tətbiq olunmasa da, bu prinsiplərdən Avropada istifadə etmək olar: "Mən bir müddət əvvəl Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan miqrant sazişinə skeptik yanaşıram. Avropa İttifaqı qətnamə qəbul etməlidir ki, Avropaya qanunsuz yolla gələnlər sığınacaq istəmək hüququnu itirirlər”.
 
Qeyd edək ki, Avropa İkinci Dünya Müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır. Yaxın Şərq və Şimali Afrikadan 2015-ci il ərzində 1,8 milyon miqrant Avropaya gəlib. Bu ilin əvvəlindən isə Avropaya 194 min 611 miqrant gəlib, 1475 miqrant isə dəniz yolu ilə təhlükəli səfər zamanı itkin düşüb, ölüb. Avropa İttifaqı və Türkiyə arasında miqrant sazişi isə bu il martın 20-də qüvvəyə minib. Sazişə əsasən martın 20-dən qeyri-leqal yolla Türkiyədən Yunanıstana gələn miqrantlar Türkiyəyə geri qaytarılır. Bunun əvəzində Avropa İttifaqı Türkiyədən eyni sayda miqrantı qəbul edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam