Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ABŞ hərbi təyyarələrinin yaxalanmasından narahatdır”

n00424740-b

24-25 iyun tarixində Havay adalarında hərbi-dəniz təhlükəsizliyinin mexanizmləri ilə bağlı ABŞ ilə Çin arasında müşavirə keçiriləcək.

Xeberinfo.com:   Keçən həftə Çinin hərbi təyyarələri Haynan adası yaxınlığındakı hava məkanında Amerikanın uçan hərbi aparatını izləyərək, onun uçuşunu nəzarətə götürdükləri hadisədən sonra belə bir görüşün keçirilməsi, Çin və ABŞ arasında hərbi kanallardan istifadə olunmasını göstərir.

Amma 22 mayda ABŞ-ın Sakit okean Hərbi-Hava Qüvvələrinin komandanı general Rober Karlayl “USA Today” qəzetinə müsahibəsində Amerikanın hərbi uçüş aparatını yaxalayan Çin və Rusiya döyüş təyyarələrinin artan aqressivliyini ciddi şəkildə tənqid edərək, bunun narahatçılıq yaratdığını bildirmişdi.

Çinli hərbi ekspert Çjan Çzenşı “Global Times” qəzetinə verdiyi müsahibədə deyib: ”Bu yalançı bir ittihamdır. ABŞ-ın Çin və Rusiya yaxınlığında tez-tez həyata keçirdiyi patrul uçuşları, bu ölkələrin dövlət təhlükəsizliyinin ciddi pozulmasıdır”.

Karlayl “USA Today” qəzetinə məlumat verib ki, Rusiyanın uzaq məsafəli bombardmançılarının Şərqi Avropada və ABŞ-ın qərb sahillərində peyda olma sayı daima artmaqdadır, lakin Çinin isə məqsədi yalnız Çənubi Çin dənizinə nəzarət etməkdən ibarətdir. Çin və Rusiya qırıcılarının beynəlxalq hava məkanında meydan oxumalarına qarşı mübarizə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də təhlükəlidir. Karlayl deyib:“Bizi dirçələn Rusiya və aqressiv Çin narahat edir. Nə vaxt ki, onlar təcavüzkar və təhlükəli hərbi tədbirlər keçirsələr, onda gərək biz də ordumuzu göndərək”.

“İran News” xəbər verir ki, əsl həqiqətdə, Obama İkinci Dünya Müharibəsindən sonra Rusiya və Çinə qarşı ən geniş miqyaslı hərbi fəaliyyətlərə başlayıb və bu ölkələrin ətrafına çoxlu sayda silah yerləşdirmək niyyətindədir. Lakin bu onların məğlubiyyəti ilə yekunlaşacaq. Çin və Rusiya düzgün reaksiya verərək, Amerikanın hərbi gücü qarşısında geri çəkilməkdən imtina edirlər.

1a279750453c

Çin Xalq Respublikası Hərbi Dəniz Akademiyasının elmi əməkdaşı Czan Çzyunşe “Global Times” qəzetinin müxbirinə deyib ki, əgər Çin və Rusiya qırıcılarının ABŞ hərbi təyyarələrini yaxaladıqları yerə baxsaq, onda bu cür yaxalanma hadisələrini daha çox Çin və Rusiya yaxınlığında baş verdiyini görərik. Amerikalı məmurlar digər ölkələri günahlandırmaq və gözdən salmaq üsullarından istifadə etməyi çox sevirlər. Amerikanın rəsmi nümayəndələri açıq şəkildə bildiriblər ki, keçən il ABŞ Çənubi-Çin dənizində 700-dən artıq patrul uçuşu həyata keçirib.

KİV-lərin məlumatına görə, Amerika hərbi təyyarələri həftədə iki dəfə Sişa rayonunda uçurlar. Ümumiyyətlə isə bu cür uçuşların illik sayı mini ötür. Çjan Çzenşe deyir ki, bu cür tez-tez patrul uçuşları, ölkələrin milli təhlükəsizliyinin ciddi pozulmasıdır və ona görə də, həmin ölkələrin hava məkanlarını yoxlamaq və nəzatət etmək haqları var.

“USA Today”a müsahibəsində Karlayl həmçinin onu da qeyd edib ki, Çin və Rusiya hərbçiləri ilə kommunikasiya əlaqələrinin qurulması, baş verə biləcək fövqəladə vəziyyətin qarşısını almaq üçündür.

Çjan Çzenşe “Global Times”-a söyləyib ki, Çin və ABŞ “Dənizdə və havada toqquşma zamanı təhlükəsiz davranış normaları” haqqında razılaşma əldə ediblər. Həmçinin bəzi memorandumlar isə, əsas etibarı ilə açıq dənizlərdəki fövqəladə vəziyyətlərin idarə olunmasına yönəlib. Ancaq Çin tərəfi ABŞ-ın hərbi baxımdan hər şeyi diqqətli nəzarətə almasına “yaşıl işıq” yandıra bilməz.

(“Jenmin Jibao” – Çin)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam