Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Binali Yıldırım AKP sədri seçildi – VİDEO

 

9227

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının II fövqəladə qurultayında partiyaya yeni sədr seçilib.

Xeberinfo.com:   Musavat.com xəbər verir ki, sədrliyə yeganə namizəd Binali Yıldırım 1405 səs qazanaraq, AKP sədri seçilib.

***

e2cd3b372c03096de22672d80d1a98c6Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.
APA-nın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.

Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B. Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə. Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.
Qurultayda prezident R. T. Ərdoğan, B. Yıldırım və Ə. Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay “Uğurlu yürüşə davam” şüarı altında keçiriləcək.

B. Yıldırıma bu gün prezident R. T. Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B. Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam