Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"NATO Rusiya ordusu qarşısında acizdir" - "The Financial Times"

NATO-da hesab edirlər ki, Rusiya ilə müharibə olması ehtimalında Şərqi Avropada yerləşdirilmiş alyans qüvvələri dərhal müqavimət göstərə bilməyəcək.

Xeberinfo.com:   Bu barədə NATO-dakı yüksək vəzifəli məmura istinadən “The Financial Times” qəzeti yazır. Pribaltika və Polşada yerləşdirilən, sayı 5000 nəfər təşkil edən dərhal müdaxilə qüvvələri Rusiya hərbi təcavüzü qarşısında aciz vəziyyətdə qala bilərlər. 

Rusiyanın Kalininqrad ərazisində əlavə hərbi qüvvələr yerləşdirməsi ona gətirib çıxaracaq ki, müharibə olacağı təqdirdə Almaniyadan yeni qüvvələr gətirilənədək NATO birləşmələri darmadağın ediləcək. 

“Rusiyanın Kalininqraddakı bazalarında yerləşdirdiyi həm quru, həm də dəniz qüvvələrində zenit və gəmi əleyhinə raketləri var. Onlar geniş ərazini vurmağa qadirdir” – şimal alyansının rəsmi nümayəndəsi belə deyib.

Vəziyyətin ağırlığı nəzərə alınarsa, NATO şərq sərhədlərində davamlı olaraq böyük qüvvələr saxlamalıdır. Məsələnin həlli yollarından biri də Latviya. Estoniya, Polşa və Litvada əlavə 4 batalyon yerləşdiriləcək. Bu haqda qərar iyun ayında NATO-nun Varşavada keçiriləcək sammitində qəbul olunacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam