Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Daha 45 terrorçu məhv edildi

09

Türkiyə Silahlı Qüvvələri həm İŞİD, həm də PKK terror təşkilatlarının mövqelərinə zərbə endirib.

Xeberinfo.com:   Məlumata görə, əməliyyatlar Türkiyənin Hakkari, Suriyanın Hələb şəhərində və İraqın şimalında həyata keçirilib.
Hələbdə İŞİD-in mövqelərinə endirilən aviazərbələr nəticəsində 45 terrorçu öldürülüb. Hərbi mənbələrdən verilən məlumatlara görə, əməliyyatlar “Fırtına” özüyeriyən topları ilə həyata keçirilib.
Antiterror əməliyatı zamanı İŞİD-ə məxsus 5 istinad mərkəzi və 1 hərbi texnika məhv edilib. Həmçinin Türkiyə ordusu PKK-ya qarşı 9 ayrı əməliyyat keçirib.
Əməliyyatlarda “F-16″ və “F-4 2020″ hücum təyyarələri iştirak edib. PKK-nın 98 hədəfi dağıdılıb.
İŞİD və PKK terror təşkilatları müntəzəm olaraq Türkiyəyə qarşı hücumlar həyata keçirir, İraq və Suriya sərhədindən Türkiyənin şəhərlərini atəşə tutur.

İŞİD, demək olar ki, hər gün Türkiyənin Kilis vilayətinin sərhəd kəndlərinə toplarla hücumlar təşkil edir. Son belə fakt mayın 6-8-i tarixlərində qeydə alınıb. Mayın 6-da İŞİD-in həyata keçirdiyi təxribat o qədər də güclü olmasa da ayın 8-də zərbələr daha ciddi olub.
Terrorçular Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayətini yenidən “Katyuşa” raketlərindən atəşə tutublar. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Türkiyə Silahlı Qüvvələri cavab olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Nəticədə terror qruplaşmasının 20 üzvü məhv edilib.
Həmçinin PKK terror təşkilatı da Türkiyəyə qarşı hücumlar həyata keçirir. Türkiyə ordusu mayın 13-də həyata keçirdiyi antiterror əməliyyatı zamanı 8 şəhid verib.
Terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. Səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub, 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam