Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

NATO daxilində toqquşma: Britaniya kateri ispan gəmisini atəşə tutdu

Britaniyanın “Seybr” patrul kateri İspaniyanın “Rio Sedena” gözətçi gəmisi istiqamətində xəbərdarlıq atəşi açıb.

 

Xeberinfo.com:  Məlumata görə,“Rio Sedena” Cəbəllütariqə yaxınlaşan “Florida” Amerika atom sualtı raket daşıyıcısına mane olmağa çalışıb.

 

Nəşrin məlumatına görə, hadisə aprel ayının ortalarında baş verib. “The Sun” yazır ki, Kral donanmasındakı mənbələr də faktı təsdiq edib.

 

“Florida” sualtı raket daşıyıcısı sahilə yaxınlaşa bilib və həmin gün beynəlxalq sulara qayıdıb.

 

“Florida” SSBN-728 atom sualtı raket daşıyıcısı 1983-cü ildə ABŞ Hərbi-Dəniz Qüvvələrinin tərkibinə daxil edilib. Sualtı gəmi əvvəlcə 22 ədəd “Traydent-1” raket daşıyıb. 2003-2006-cı illərdə “Florida” “Tomaqavk” (154 raket) strateji qanadlı raketlərlə təchiz edilib.  “Florida”nın göyərtəsindən 2011-ci ildə Liviyada həyata keçirilən əməliyyat zamanı 90-dan çox “Tomaqavk” raketi buraxılıb.

 

Xatırladaq ki, Böyük Britaniyanın xaricdəki ərazisi sayılan Cəbəllütariqdə NATO-nun bazası yerləşir. 1704-cü ildə İngiltərə və Hollandiya qoşunları tərəfindən işğal edilmiş Cəbəllütariq 1713-cü ildə İspaniya tərəfindən rəsmən Böyük Britaniyaya verilib. Madrid Pireney yarımadasının bu hissəsində müstəmləkəçiliyin ləğv edilməsinə çalışır, London isə bu məsələnin müzakirəsindən həmişə imtina edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam