Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-dan növbəti terror xəbərdarlığı

ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

 

Xeberinfo.com:  Məlumata  görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir. 

“Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edilir: “Dini bayramlar və hər-hansı böyük festival və tədbirlər zamanı çox ehtiyatlı olun, çalışın insanların kütləvi toplaşdığı yerlərdən aralı olun”. 

Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.

Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. ANS PRESS-in Misir KİV-nə istinadən verdiyi məlumata görə, müvafiq məlumatı qruplaşma ilə bağlı olan "Amak" informasiya agentliyi yayıb.

Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda onlar Avropanı yeni terror aktlarını törədəcəkləri ilə bağlı hədələyiblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam