Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabiq nazirin evindən 42 kq qızıl tapıldı

 

 

     Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb


     "xeberinfo.com": Ukrayna Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı keçirdiyi əməliyat nəticəsində sabiq energetika naziri Eduard Staviçkonun evindən 42 kiloqram qızıl və təxminən 5 milyon dollar aşkar edilib.

     Məlumata görə, bunu Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.

 

     Nazirin sözlərinə görə, Eduard Staviçkonun mənzilindən 4,8 mln. dollar pul, 42 kiloqram qızıl, dünyanın məşhur və bahalı brendlərindən olan qol saatları, qiymətli metallardan hazırlanmış məmulatlar, bir neçə mülkə aid sənəd, torpaq sahələri və müəyyən şirkətlərin borclarına dair sənədlər, bank kartları, bir sıra banklarla apardığı sənədləşmələrin nüsxəsi aşkarlanıb.

    Arsen Avakov həmçinin qeyd edib ki, Eduard Staviçko barəsində vəzifəsindən sui-istifadə edərək dövlət mülkiyyətinə ziyan vermək maddəsi ilə cinayət işi açılıb.

Ukrayna mətbuatı yazır ki, hazırda DİN əməkdaşları sabiq baş nazirin 3 evində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam