Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İŞİD-in dini lideri öldürüldü

Koalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının müftisi Abu Dudcana əl-Məsri öldürülüb.

 

Xeberinfo.com:  Bu barədə `Sky News Arabia` xəbər verir. 

Aviazərbələr Ənbar vilayəti, Ramadi şəhərinə endirilib. Əl-Məsrinin gənc olmasına baxmayaraq o, İŞİD rəhbərliyində təmsil olunub və terror təşkilatının dini liderlərindən biri olub. Əl-Məsri ilə birgə İŞİD-in komandiri Omar Hamid əl-Asaui də qətlə yetirilib.

Əl-Masrinin əsl adı Mahmud Handur olub. 2013-cü ildə o, Qahirə də Ayn Şams universitetini bitirib. Lakin o sonradan islamçıların təsiri altına düşüb və İŞİD-ə qoşulub. 

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam