Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha 3 ölkə İrandakı səfirini geri çağırdı

 

Səudiyyə Ərəbistanından sonra Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırıb.

Xeberinfo.com:   Məlumata görə, bu diplomatik gərginliyə Riyadda tanınmış şiə ruhanisinin edam edilməsi səbəb olub.


Səudiyyə Ərəbistanına dəstək olaraq Bəhreyn və Sudan yanvarın 4-də İran ilə diplomatik əlaqələrini kəsdiklərini bəyan edib. Bu ölkələr də İrandakı səfirlərini geri çağırıb.

Şiə ruhanisi Şeyx Nimr əl-Nimrin edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə qarşı cavab hücumları həyata keçirilib.

Rəsmi Riyad ilə sıx əlaqələrə malik olan Bəhreyn İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Tehrandakı səfirini geri çağıran Birləşmiş Ərəb Əmirlikləri bu ölkədə akkreditə olunan iranlı diplomatların sayını azaltmaq istədiyini bəyan edib.

Bir sıra müsəlman ölkələrində, o cümlədən Bəhreyndə şiə icması ilə polis arasında qarşıdurmalar baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam