Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putinin təhlükəli "sualtı xəzinə"si işə düşür - VİDEO

 

Rusiya Müdafiə Nazirliyi suyun altından atdığı qitələrarası raketin görüntülərini yayımlayıb. 
Xeberinfo.com:   Məlumata görə, raket strateji təyinatlı "Verxoture" sualtı atom raket kreyseri tərəfindən atılıb.
Barens dənizinin akvatoriyasından atılan "Sineva” ballistika qitələrarası raketin işə salınması müvəffəqiyyətlə başa çatdırılıb. Suyun altından atılan raket Kamçatka yarımadasında Küra döyüş sahəsinin ərazisində yerə enib.
Soyuq müharibə dövründə SSRİ sualtı gəmiləri ilə hesablaşmalı olan güc olub. Son onillikdə Rusiya hökuməti Silahlı Qüvvələrin modernləşdirilməsi üçün əlindən gələni edir. Nüfuzlu "The National Interest” Rusiya ordusunun arsenalında olan sualtı gəmiləri barədə məqalə hazırlayıb. 
Ruslar soyuq müharibə dövrünün modellərini müasirləşdirərək tamamilə yeni sualtı gəmiləri layihələşdirib. Bununla Rusiya açıq-aydın statusunu və öz donanmasının imkanlarını yeniləmək niyyətindədir.
Rusların atom sualtı gəmiləri siyahısında 971 layihə üzrə birinci yeri "Şuka-B" (NATO-nun kodifikasiyası üzrə -Akula) tutur. Baxmayaraq ki, o qərb "həmkarları" kimi sakit işləyə bilmir, bu sualtı gəmi təkmilləşdirildikdən sonra hazırkı zamanda real təhlükə olaraq qalır.
"Şuka-B" sualtı gəmisi
Siyahıda ikinci yeri 877 layihə üzrə dizel-elektrik sualtı gəmisi "Paltus" (NATO-nun kodifikasiyası üzrə - Kilo) tutur. 877 layihəli gəmiləri indiyə qədər Rusiya Hərbi Dəniz donanmasının, Koreya Xalq Respublikasının, Hindistan və İran həmçinin bəzi başqa ölkələrin silahlanmasında əsəs yeri tutur.
 
"Paltus" sualtı gəmisi
 
Üçüncü yerdə - 636 layihəsi üzrə çoxməqsədli dizel sualtı gəmisi "Varşavyanka" (NATO-nun kodifikasiyası üzrə - Improved Kilo). 877 layihəli gəmilərin müasirləşdirilmiş modeli sələfindən daha çox sürətlidir. "Sakit qatil" artıq dizel-elektrik sualtı gəmilərinin ən az səslisi kimi tanınır. Bir çox ölkələrin dəniz qüvvələri "Varşavyanka" ya üstünlük verir.
"Verxoture" sualtı atom raket kreyseri
 
Rusiya Hərbi Dəniz Qüvvələri 150 mindən çox şəxsi heyətə malikdir. Rusların 256 hərbi gəmisi var. 
Bundan əlavə ruslar 21 uzaqmənzili qanadlı raketlə təchiz olunmuş sualtı gəmilərə sahibdir. Rusiyada 15-ə yaxın atom sualtı qayığın olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam