Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Türkiyə sualtı qayıqları Rusiyanın ən nəhəng kreyserinə yaxınlaşdı

kreyser-moskva

Türkiyənin sualtı qayıqları Suriya sahillərindəki “Moskva” kreyserinin addımlarını diqqətlə izləyir.

Xeberinfo.com:   Məlumata görə, sözügedən hərbi gəmilərdən ikisi hazırda Latakiyada yerləşən və Rusiyaya məxsus “Xmeynim” aviabazısını mühafizə edən kreyserin olduğu ərazidədir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, hazırda Aralıq dənizinin Şərq hissəsinin mühafizəsinə bu ölkəyə məxsus iki sualtı qayıq cəlb olunub. Onlardan biri əraziyə noyabrın 7-də, digəri isə 11-də göndərilib. Türkiyəyə məxsus “F-16″ qırıcısının “Su-24″ bombardmançısına hücumundan sonra Aralıq dənizinin şərqində mövqe tutan “Moskva” kreyseri Suriya sahillərinə doğru yerdəyişmə edib.

Rusiya Baş Qərargahının məlumatına görə, “S-300″ sisteminin analoqu olan “Fort” Hava Hücumundan Müdafiə Sistemi ilə təchiz olunan “Moskva” kreyseri noyabrın 25-dən Suriyanın Latakiya vilayətinə yaxın ərazidə mövqe tutaraq, Rusiya hərbi bazasının hava hücumlarına qarşı müdafiəsini təşkil edir. Bu arada Rusiya Baş Qərargahının nümayəndəsi Sergey Rudskoy potensial təhlükə yaradacaq istənilən hədəflərin dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından o da bildirilib ki, “Xmeynim” aviabazasında Rusiya Hərbi Kosmik Qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə “S-400″ zenit-raket sistemləri də quraşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam