Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ-dan Bəşər Əsədin Moskvaya səfərinə sərt tənqid

 

Ağ Ev Suriya prezidenti Bəşər əl-Əsədin Moskvaya səfərini qətiyyətlə pisləyib və Rusiyanı “qırmızı xalçalı” qəbula görə tənqid edib.
"Xeberinfo.com":   Məlumata görə, Suriya prezidenti Bəşər əl-Əsəd Rusiyanın Suriyada İslam Dövləti qruplaşması və digər qüvvələrə qarşı hava kampaniyasına başlayandan bir neçə həftə sonra çərşənbə axşamı Moskvaya gözlənilməz səfər edib.
Bu, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Bəşər əl-Əsədin ilk xarici səfəridir.
“Öz xalqına qarşı kimyəvi silah işlədən Əsəd üçün qırmızı xalçalı qarşılama Rusiyanın Suriya barəsindəki bəyanatlarına ziddir”, Ağ Evin rəsmi nümayəndəsi Eric Schultz jurnalistlərə bildirib.
Dövlət departamentinin nümayəndəsi bildirib ki, bu səfərdən təəccüblənməyib, amma ABŞ-ın əsas narahatlığı Rusiyanın hərbi dəstəyinin Əsəd hakimiyyətini cəsarətləndirməsidir.
“Bu isə vətəndaş müharibəsini daha da alovlandıracaq”, o bildirib.

Əsəd Moskvada Rusiyaya münaqişədə iştiraka görə minnətdarlıq edib və bildirib ki, bu “terrorçuluğun yayılaraq daha təhlükəli” olmasının qarşısını alıb.
Öz növbəsində cənab Putin bildirib ki, Moskva təkcə Suriya xalqına kömək etmək üçün deyil, həm də “beynəlxalq terrorçuluğa” qarşı mübarizə üçün savaşa qoşulub.
BBC-nin müxbiri Steve Rosenberg deyir ki, rəsmi Moskvanın Suriya prezidentini qəbul etməsi ilə prezident Putin Moskvanın Yaxın Şərqdə əsas oyunçu olduğu və Rusiyanın iştirakı olmadan Suriya münaqişəsinin həllinin mümkün olmayacağı barədə qərbə aydın mesaj göndərir.
Əsədin gözlənilməz səfərinin ardınca prezident Putin bir sıra Yaxın Şərq liderlərinini bu barədə məlumatlandırıb.
Bu ölkələrə Suriya üsyançılarına köməklik edən Səudiyyə Ərəbistanı və Türkiyə də daxildir.
Putin həm də Misir və İordaniya liderləri ilə danışıb, Rusiya informasiya agentlikləri bildirib.
Rusiya Suriyadakı hava kampaniyasına sentyabrın 30-da başlayıb. Ölkə bildirir ki, o, özünü İslam Dövləti adlandıran qruplaşma və digər cihadçı qrupları Suriya Prezidenti Bəşər əl-Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.
Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub, rəsmi Moskva bu iddiaları təkzib edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam